Haqq səsimiz dünyada eşidilir: “Azərbaycanın işğaldakı əraziləri" ifadəsi sənədlərdə...”
Banuçiçək Kalbalıyeva
14:19 11.06.2020
Siyasət
691
Dünən Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda "Azərbaycanın işğal altında olan əraziləri" ifadəsi işlədilir. Bu da Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu göstərir.
Sözügedən faktla bağlı “Sherg.az”a münasibət bildirən politoloq İlqar Vəlizadə bildirib ki, bu, təəccüblü olmamalıdır:
“Bütün beynəlxalq sənədlərdə həmin ifadə işlədilir. Ancaq bunlara adekvat münasibət göstərilmir. Faktlar onu deməyə əsas verir ki, Ermənistanın mövqeyi bu məsələdə çox zəifdir. Bəzən Dağlıq Qarabağın mübahisəli bölgə olduğunu deyirlər. Lakin yeddi rayon birmənalı olaraq bizim tarixi ərazilərimiz, bəyanatda da qeyd edildiyi kimi, erməni işğalında olan torpaqlarımızdır. Əgər belədirsə, deməli, biz tez-gec, nə yolla olursa olsun, torpaqlarımızı azad etməliyik. Başqa yolu yoxdur. Bəyanatda işlədilən ifadəyə əsasən Azərbaycanın haqq səsinin dünyada eşidildiyini söyləyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi