Hikmət Hacıyev Çinin Sinxua agentliyinə müsahibə verib
13:05 31.08.2025
Siyasət
426
"Şanxay Əməkdaşlıq Təşkilatı ölkələr arasında çoxtərəfli diplomatiyanın və regional əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çinin Sinxua” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, Çin ŞƏT-in inkişafına mühüm töhfə verir:
"Təşkilat davamlı inkişafı, tərəqqi və rifahı hədəfləyən "Şanxay ruhuna" sadiq qalır. Çin çoxtərəfli əməkdaşlığı, eləcə də ŞƏT-in üzv olmayan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafını fəal şəkildə dəstəkləyir. Azərbaycan isə dialoq tərəfdaşı kimi təşkilatla sıx əməkdaşlıq edir.
Hikmət Hacıyev xatırladıb ki, 2025-ci il ŞƏT-də Davamlı İnkişaf İli elan olunub və bu istiqamət Azərbaycanın da əsas prioritetlərindən biridir:
"Azərbaycan və Çin ticarət-iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, davamlı inkişaf, süni intellekt, bərpa olunan enerji və rəqəmsal transformasiya sahələrində də əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Çin texnologiyaların əlçatanlığını Qlobal Cənub ölkələri üçün təmin edir. Çinin inkişaf modeli və nailiyyətləri bütün inkişaf etməkdə olan dövlətlər üçün nümunədir”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Orta Dəhlizə – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi əhəmiyyət verir:
"Bu dəhliz həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Bakı ilə Pekin arasındakı əməkdaşlıq bu marşrutun daha səmərəli istifadəsinə imkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət