İddia !- “Ruslar erməni terrorçularına təlim keçirlər” – Çıxarmalıyıq !
Banuçiçək Kalbalıyeva
15:22 29.12.2020
Siyasət
942
“Sülhməramlılarla bağlı məsələni, ümumiyyətlə, qəbul etmirəm”
“Bu, bizim maraqlarımızın təmin olunması demək deyil .Əksinə, yeni fəsadların, yeni problemlərin gəlişi deməkdir”
“Rusları bölgədən hüquqi yolla çıxarmaq barədə düşünməliyik”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında bir sıra məqamlara toxunub. O, həmçinin bildirib ki, Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayırılır.
“Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayırıq”, - deyə S. Lavrov vurğulayıb.
XİN başçısı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasından da danışıb. O qeyd edib ki, bu Birgə Mərkəz
Rusiya və Türkiyə prezidentləri arasındakı razılıq nəticəsində yaradılır:
“Hazırda bu mərkəzin aktiv qurulması prosesi gedir”.
Ermənilərin Qarabağdakı indiyədək mövcud olan özbaşınalıqdan sui-istifadə edərək ard-arda təxribatlar törətdiklərini bilirik. Bəs Monitorinq Mərkəzinin yaranması lazımi effekti verəcəkmi?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Sherg.az”ın bu sualına belə cavab verib:
“Mən sülhməramlılarla bağlı məsələni, ümumiyyətlə, qəbul etmirəm. Bu, bizim maraqlarımızın təmin olunması demək deyil. Əksinə, yeni fəsadların, yeni problemlərin gəlişi deməkdir. Gərək vaxtı ilə əməliyyatlarımızı davam etdirərdik. Antiterror əməliyyatlarını bundan sonra bərpa etməyimiz isə lazımi nəticə verməyəcək. Çünki artıq oradakı ruslarla döyüşməli olacağıq. Təəssüflə deməliyəm ki, sülhməramlılar meşələrdə erməni terrorçularına təlim keçirlər. Biz rusları bölgədən hüquqi yolla çıxarmaq barədə düşünməliyik. İlkin vəzifəmiz bu olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya