İkinci Qarabağ müharibəsinin ildönümünə kimi nələr ola bilər?
08:10 24.09.2021
Siyasət
847
İkinci Qarabağ müharibəsinin ilk ildönümünə bir neçə gün qalıb. Bəziləri sentyabrın 27- dək Ermənistanın təxribat törədə biləcəyini deyirlər. Erməni xislətini nəzərə alsaq, bu, doğrudan da, gözləniləndir. Rəsmi İrəvan daxili auditoriyaya məsələnin hələ bitmədiyini göstərmək məqsədilə hansısa provokasiyalara əl ata bilər. Bunu iqtidar uğrunda mübarizə aparan revanşistlərin etməsi də mümkündür. Onu da nəzərə almalıyıq ki, son vaxtlar İrandan Qarabağa yüklər daşınır. Ola bilsin, bu, elə hansısa sabotaj məqsədlidir.
İkinci bir tərəfdən, bir müddət əvvəl keçmiş prezident, müxalifət lideri Robert Köçəryanın Moskvaya çağırılması diqqət çəkir.
Görüşdə Kremlin müharibənin ildönümü ilə bağlı Köçəryanı təlimatlandırması istisna deyil. Hərhalda eks dövlət başçısının ölkə daxilində müəyyən təsir gücünə sahib olması unudulmamalıdır. Əlbəttə, savaş ərəfəsində sərhəddə təxribatın olması Rusiyaya sərf edir.
Bundan istifadə edən şimal qonşumuz regiondakı mövqeyini möhkəmləndirə bilər. Bu, bir tərəfdən sülhməramlılara, digər tərəfdən isə Moskvanın özünün vasitəçiliyinə ehtiyac var rəyi yaratmaqla reallaşacaq.
Şübhəsiz, təxribat iqtidardan daha çox, müxalifətə sərf edir. Fikrimcə, xüsusilə son vaxtlar loyal bəyanatlar səsləndirən Paşinyan hökuməti münasibətlərin yenidən gərginləşməsində maraqlı deyil. İrəvan yaxşı başa düşür ki, belə bir cəhd Xankəndinin da azad olunması üçün fürsətə çevrilə bilər.
Sülhməramlılıq missiyasının iflasa uğrayacağını nəzərə alsaq, ciddi toqquşma şimal qonşumuzun özünün də ürəyincə deyil. İstənilən halda- hansı siyasi gücün idarəetməsindən asılı olmayaraq, təxribatlar istisna deyil. Amma bu, sadəcə lokal miqyaslı olacaq, simvolik xarakter daşıyacaq və adekvat cavabla nəticələnəcək.
Çünki ciddi toqquşmaların rəvac verə biləcəyi Üçüncü Qarabağ müharibəsi nə Rusiya, nə də Ermənistan üçün arzuolunan ssenaridir.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm