İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
08:39 28.08.2025
Siyasət
346
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Sherg.az xəbər verir ki, Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələr münasibətilə təbrik edib. O, bu prosesin regionda davamlı sülhün təmin olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qonaq Avropa İttifaqına üzv dövlətlərin də Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülhü dəstəklədiklərini bildirib. Maqdalena Qrono, həmçinin Avropa İttifaqının iki ölkə arasında razılaşdırılmış məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır.
Görüşdə ölkəmizin Ermənistanla ikitərəfli əsasda etimad quruculuğu tədbirlərini dəstəklədiyi qeyd olunub. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat və tranzit bağlantısının yaradılmasının vacibliyi bir daha vurğulanıb, xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə