"İndi hüquq siyasəti arxa plandadır, güc siyasəti öndədir. Ona görə də qeyri- obyektiv mənzərə yaranır. Bu cür ikili standartların əsas səbəbi beynəlxalq qurumların, o cümlədən AŞ- ın böyük dövlətlərdən qorxmasıdır. Biz gələcəkdə də indiki kimi cəsarətli olub, həqiqəti çatdırmalıyıq. Və dövlət başçısının dediyi kimi, düzgün geosiyasi vəziyyətin yaranmasını gözləməliyik".
“İnsan hüquqlarını alətə çevirən AŞ faktlarla ifşa olunur"
Banuçiçək Kalbalıyeva
09:43 06.06.2020
Siyasət
1213
“Sual yaranır: ABŞ- da insan haqları kobud şəkildə pozulanda, polis vətəndaşı boğanda AŞ niyə susur?!”
"İndi hüquq siyasəti arxa plandadır, güc siyasəti öndədir. Ona görə də qeyri- obyektiv mənzərə yaranır. Bu cür ikili standartların əsas səbəbi beynəlxalq qurumların, o cümlədən AŞ- ın böyük dövlətlərdən qorxmasıdır"
“Biz ikinci Ermənistanın yaranmasına imkan verməyəcəyik. Buna onların nə hüquqi, nə də mənəvi haqları çatır"
Prezident İlham Əliyev iyunun 3- də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. O, bir qrup idmançının qarşısında çıxış edib. Dövlət başçısı öz nitqində bəzi taleyüklü məsələlərdən danışıb, beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətindən söz açıb: "Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə, çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!"
AŞ PA- nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Sherg.az"a açıqlamasında Prezidentin öz çıxışında çox dəqiq və konkret danışdığını vurğuladı:
"Bu nitq zamanı təkcə AŞ- ın davranışı yox, ümumilikdə beynəlxalq münasibətlər gündəmə gətirildi. Şəxsən mən bu çıxışa görə dövlət başçısına minnətdarlıq edirəm. Əminliklə deyə bilərəm ki, o, çoxdan dünya siyasətçiləri sırasına daxil olub. Cənab İlham Əliyevin atdığı addımlar dünya siyasətinə təsir göstərir. Bir çox siyasətçilərin dilə gətirməyə qorxduğu həqiqətləri o, olduğu kimi deyir. Prezidentimizin qeyd etdiyi kimi, AŞ- da insan hüquqları, humanizm artıq alətə çevrilir. Onlar bu adla bir çox ölkələrə təzyiq göstərirlər. Erməni lobbisi isə bundan istifadə edir, insan hüquqları adı altında öz çirkin əməllərini törədir. Sual yaranır: ABŞ- da insan haqları kobud şəkildə pozulanda, polis vətəndaşı boğanda AŞ niyə susur?! Dövlət başçısı cəsarətlə bu faktları qeyd etdi".
S.Seyidov, həmçinin bildirdi ki, Prezidentin bu nitqi tarixi faktlarla zəngin idi:
"Dövlət başçısının nitqi ciddi təhlil edilməlidir. Çünki çox vacib məsələlərə toxunuldu. Prezident də qeyd etdi ki, İllər əvvəl Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistana verilməsi ilə bu dövlət yaranıb. Təkrar edirəm, hansısa azadlıq hərəkatı və ya başqa formada yox, məhz Azərbaycan torpaqları hesabına. Biz ikinci Ermənistanın yaranmasına imkan verməyəcəyik. Buna onların nə hüquqi, nə də mənəvi haqları çatır".
AŞ PA- nın Azərbaycan nümayəndə heyəti rəhbərinin fikrincə, təkcə Azərbaycana yox, digər dövlətlərə qarşı da münasibət obyektiv deyil:
"İndi hüquq siyasəti arxa plandadır, güc siyasəti öndədir. Ona görə də qeyri- obyektiv mənzərə yaranır. Bu cür ikili standartların əsas səbəbi beynəlxalq qurumların, o cümlədən AŞ- ın böyük dövlətlərdən qorxmasıdır. Biz gələcəkdə də indiki kimi cəsarətli olub, həqiqəti çatdırmalıyıq. Və dövlət başçısının dediyi kimi, düzgün geosiyasi vəziyyətin yaranmasını gözləməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm