“İran “əqrəb siyasəti” yeridir! –“Azərbaycanı “sancır”, amma...”
13:44 27.09.2021
Siyasət
569
“Cənub qonşumuz reallıqları anlamalıdır”
“Azərbaycan Qafqazda siyasi aktordur. Və bizim razılığımız olmadan kimsə Qafqazla bağlı siyasət yeridə bilməz”
“Tehran deyilənlərdən nəticə çıxarmasa, bunun nəticəsini görəcək”
Prezident İlham Əliyev İran yük maşınlarının qanunsuz olaraq Qarabağa yük daşımasından danışıb. İlham Əliyev “Anadolu”ya müsahibəsində deyib ki, İran TIR-larının qanunsuz şəkildə Qarabağa getməsi ilk belə hal deyil. “Bu, işğal vaxtı da baş verdi. Bu TIR-lar ardıcıl şəkildə ora gedirdi. Bizim məlumatlarımız var idi, amma indiki kimi dəqiq bilgi, əlbəttə ki, yox idi”, - deyə İlham Əliyev əlavə edib. İlham Əliyev daha sonra bildirib: “Biz bunu göz önünə gətirərək müxtəlif kanallarla İrana narazılığımızı ifadə edirdik. Lakin bu proses davam edirdi. Müharibə bitdikdən sonra artıq Laçın dəhlizi gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola olan məsafə 5-6 metrdir.
Biz Laçın dəhlizi boyunca Şuşa ətrafında və digər bölgələrdə kifayət qədər texniki izləmə imkanlarına malikik. Orada kameralar var. Peykdən istifadə edirik. Pilotsuz uçuş aparatlarını istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra ora getməyə davam edir. Mən Prezident Administrasiyasının vəzifəli şəxslərinə təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə gətirmək istəmirdik. Dedik ki, dostca görüşsünlər və buna son verilməsinin vacibliyini söyləsinlər. Çünki, bu, bizə qarşı, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik idi, buna son verilməlidir. Bu görüş səhv etmirəmsə, iyul ayında oldu.
Bundan sonra təbii ki, biz məsələni izləməyə davam etdik, hər ayın əvvəlində bizə məlumat gəlirdi ki, İran TIR-larına ermənicə yazılar yapışdırmağa çalışırlar. Yəni, belə saxtakarlığa əl atdılar, bizi aldatmağa çalışdılar. Bunu elə səriştəsizliklə etdilər ki, avtomobilin üzərində yazılar farsca, aşağı hissədə isə ermənicə idi”.
Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev İranın əməlinin faş olunması barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Prezidentin müsahibəsində Aəzrbaycanın xarici siyasətinin əsas prioritetləri göstərildi. Lakin ilk dəfədir ki, İranın siyasəti açıq şəkildə, konkret faktlarla ifşa edilirdi. Biz Tehrana qarşı daim dostcasına yanaşdıq, şifahi xəbərdarlıq verdik. Amma nəticəsi olmadı. Cənub qonşumuz ənənəvi siyasətini indi də davam etdirir. Əlbəttə, bu, onun öz seçimidir. Sadəcə İranın müsəlman ölkəsi ola- ola xristian dövlətini bu qədər dəstəkləməsi təəssüf doğurur. Ümumiyyətlə, İran iki yüz ildir ki, “əqrəb siyasəti” yeridir, Azərbaycanı vaxtaşırı “sancır”. Bu, Tehranın bir növ “hobbisidir”.
C.Nuriyevin fikrincə, rəsmi Tehran bundan sonra daha diqqətli davranmalıdır:
“Prezident İrana ciddi mesaj verdi. Tehran nəzərə almalıdır ki, Türkiyə və Pakistan da bizim yanımızdadır. 310 milyonluq müsəlman ictimaiyyətinin qarşısında hətta Rusiya- İran- Ermənistan üçlüyü belə, tab gətirə bilməz. Bu mənada cənub qonşumuz reallıqları anlamalıdır. Azərbaycan Qafqazda siyasi aktordur. Və bizim razılığımız olmadan kimsə Qafqazla bağlı siyasət yeridə bilməz. Tehran deyilənlərdən nəticə çıxarmasa, bunun nəticəsini görəcək”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil