
İran Ermənistanda qoşun saxlayacaq: Tehranın məqsədi - RƏY
11:28 24.02.2024
Siyasət
561
Ermənistanla Təhlükəsizlik paktı Azərbaycana qarşı yönəlib “Tehran rejimi bununla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağı planlayır”
İran və Ermənistan arasında hərtərəfli müdafiə və təhlükəsizlik paktı imzalanacaq. Bu barədə SEPAH-ın rus dilində fəaliyyət göstərən Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, Cənubi Qafqazda mövcud geosiyasi böhranın aradan qaldırılması və ümumi təhdidlərin neytrallaşdırılması üçün Ermənistan və İran arasında birgə müdafiə və təhlükəsizlik haqqında sazişin imzalanması gündəlikdədir: "Bu razılaşma İrana Ermənistanda öz hərbi mövcudluğunu təmin etməyə imkan verir". Qeyd edək ki, İranın Ermənistanla yüksək səviyyəli hərbi müttəfiqlik sazişi imzalamaq üçün uzun müddətdir cəhd etdiyi haqda məlumat yayılırdı.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İranın Ermənistanla Təhlükəsizlik paktı imzalamaq istəyi Azərbaycana qarşı yönəlib. Ekspertin sözlərinə görə, Tehran rejimi bununla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısını almağı planlayır:

"Həmçinin Qərbin Ermənistanda fəallaşmasını önləmək istəyir. Amma rəsmi İrəvan Tehranın bu siyasi çağırışlarına Fransa ilə hərbi əməkdaşlıq müqaviləsi bağlamaqla cavab verib. Fransanın müdafiə nazirinin Ermənistana səfəri Tehranda kifayət qədər narazılığa gətirib çıxarıb. Tehran regionda Azərbaycanın yaratdığı yeni nizamı qəbul etməməklə, ənənəvi Qərb düşmənləri ilə dost ölkə saydığı Ermənistanda mübarizə aparacaq. Üç ildir Azərbaycanı regiona kənar gücləri gətirməkdə ittiham edən Tehran rejimi sərhəddə Fransa hərbi təlimatçıları ilə üz-üzə qalıb".
Analitik vurğulayıb ki, regionda situasiya mürəkkəb olaraq qalır və Ermənistanın apardığı siyasət yeni regional böhrana gətirib çıxara bilər: "Tehran və Moskva Ermənistanı Azərbaycan əleyhinə 30 ildən artıq dəstəkləyib. Hər iki ölkə Ermənistanı Türkiyə-Azərbaycan tandeminə qarşı qoymaq üçün İrəvana müsbət referanslar edir. Amma Paşinyan ənənəvi tərəfdaşlarına onların rəqibləri ilə anlaşmaya gedərək dirsəyini göstərir. Paşinyanın bu siyasəti o zaman Ermənistanın maraqlarına cavab verər ki, İrəvan Azərbaycanla sülh müqaviləsinə imza atsın. Azərbaycanla sülh olmadan Ermənistan dinc və rifah içində olmayacaq. Hazırkı tənliyin həlli Azərbaycanla sülh imzalamaqdan keçir. Digər yollar Ermənistanı burulğana aparır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm
Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb
16:51 21.04.2026
İnfrastruktur
Çalhanoğlu gələcəyi ilə bağlı seçim etdi
16:09 21.04.2026
Futbol