İran narkotrafikin başlanğıc nöqtəsidir
Yusif Nəzərli
09:24 20.10.2021
Siyasət
945
Bu gün rəsmi Tehran Qarabağdakı "boz zona" üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir
İran hakimiyyətinin narkotik qaçaqmalçılığı ilə əlaqəli olub-olmamasından asılı olmayaraq bu ölkə narkotrafikin dəfələrlə sübut olunmuş başlanğıc nöqtəsidir. Bunu rusiyalı tarixçi və siyasi analitik, professor Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, İran indiki teokratik təcəssümündə beynəlxalq siyasətdə özünü yalnız Yaxın Şərqdə güclü dövlətçiliyin və siyasi sabitliyin olmadığı "boz zonalarda" aktiv şəkildə göstərir və xüsusi çəkiyə malikdir. Siyasi analitik bildirib ki, bu gün rəsmi Tehran Qarabağdakı "boz zona" üzərində nəzarəti itirdiyi üçün qıcıqlanır və bununla barışa bilmir. Professor deyib ki, İran Qarabağ vasitəsi ilə yuxarıda sadalanan ölkələrdə maddi və ideoloji cəhətdən özündən asılı olan radikal qrupları dəstəkləmək üçün Avropaya narkotik ticarəti həyata keçirib, orada ayrı-ayrı filiz və mineral ehtiyatlarını əldə edib, enerji mənbələrinin qaçaqmalçılığı şəbəkəsini yaradıb.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli uzun illər işğalda olan 130 kilometrlik bir "boz zona"nın narkotrafik üçün keçid rolunu oynadığını deyib. Partiya rəsmisi vurğulayıb ki, bunu BMT-nin məruzələrində də aydın şəkildə görə bilərik:
"İran-Ermənistan ikili əlaqələri boz zonalardan qeyri-qanuni olaraq iqtisadi maraqlarının təmin olunmasında istifadə edib. Burada biz təkcə narkotrafikdən deyil, eyni zamanda qaçaq yolla daşınan digər məhsullardan danışa bilərik. Bu gün bu zonalar artıq bağlanıb. Bu da iqtisadi cəhətdən İranda narahatlıq yaradır. Narkotik maddələrin tranzitində əsas marşrutlardan birinin Əfqanıstan-İran-Azərbaycan olduğunu nəzərə alsaq görərik ki, işğal dövründə də İranla Azərbaycan sərhədindəki 132 km sahə bizim nəzarətimizdə olmadığından Cənub qonşumuz Azərbaycan ərazilərindən narkotik biznesi üçün geninə-boluna istifadə edib. Hətta Qarabağda qurduğu narkotik biznesi ilə erməni terrorçularına yardımlar edib. Bu da onu deməyə əsas verir ki, Ermənistanın işğalında olan Azərbaycan torpaqları İranın iştirakı ilə narkotik plantasiyaları kimi istifadə edilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət