İran siyasi hakimiyyətində ikitirəlik ! – "Bir qrup Azərbaycanı təhlükə sayır, digəri isə..."
Banuçiçək Kalbalıyeva
12:36 23.12.2020
Siyasət
984
“Rəsmi Tehranda məsələ barədə uzun illərdir iki konsepsiya irəli sürülür"
“Bəziləri Azərbaycanla əlaqələrin İranın mənafeyinə uyğun olduğunu düşünürlər”
“Bir qrup isə bizim güclənməyimizi təhlükə sayır. Lakin son illər birinci qrupun ideyası daha aktualdır”
İran parlamentinin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, millət vəkili Mahmud Əhmədi Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı. O, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlərin də az olmadığını və İranın ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalı olduğunu nəzərə çatdırıb. İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır:
“Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bu günkü Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qisimləri orjinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də, gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”.
İran parlamentarisinin fikrini “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, İran siyasi hakimiyyətində ikitirəlik var:
“Rəsmi Tehranda məsələ barədə uzun illərdir iki konsepsiya irəli sürülür. Bəziləri Azərbaycanla əlaqələrin İranın mənafeyinə uyğun olduğunu düşünürlər. Bir qrup isə bizim güclənməyimizi təhlükə sayır. Lakin son illər birinci qrupun ideyası daha aktualdır. Hər halda onların perspektivləri ikincilərə nisbətən çoxdur. Yeri gəlmişkən, deyim ki, Prezident İlham Əliyev Xudafərin körpüsündə olarkən yeni sərhədlərin dostluq və əməkdaşlıq sərhədləri olacağını demişdi. Bu, qonşuluq siyasətinə sadiqliyə işarə idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm