
İranla münasibətlər son altı ayda normallaşıb -Rəy
Yusif Nəzərli
03:15 10.07.2024
Siyasət
327
Tehran öz ənənəvi siyasətindən bir qədər geri çəkilib
Pezeşkian Azərbaycana səfər edərsə, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi avqustun əvvəlində keçiriləcək. Parlamentin Rəyasət Heyətinin üzvü Moctəbi Yusifi Məsud qeyd edib ki, inauqurasiya mərasimindən sonra 15 gün ərzində nazirlərin siyahısı parlamentin təsdiqinə təqdim ediləcək. Məlumat üçün bildirək ki, müasir İran tarixində doqquzuncu Prezident olan Pezeşkian 16,384 milyon səslə seçkilərin qalibi olub. 69 yaşlı Pezeşkian kardiocərrahdır və prezident seçilənədək ölkə parlamentində deputat olub. 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini, 2001-2005-ci illərdə isə İranın sabiq Prezidenti Məhəmməd Hatəminin hökumətində səhiyyə naziri olub. Məsud Pezeşkian deyib ki, ürək cərrahı olmasına və bu sahədə uzun illərlə işləməyinə baxmayaraq, klinika açmaq və tibbi fəaliyyətlə məşğul olmaq üçün dövlətdən dəstək almayıb. O, bütün varidatının məlum olduğu və məlum olanlardan başqa heç nəyinin olmadığını söyləyib: “Tehran və Təbrizdə evim var. Urmiyada isə maaşım hesabına bir bağ sahəsi almışam. Təqaüdə çıxandan sonra orada işləyib, yaşamağı düşünürəm. Bunlardan başqa heç bir sərvətim yoxdur”.
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan qonşuları ilə sıfır problem siyasətini həyata keçirir. Onun sözlərinə görə, İranla münasibətlər son altı ayda normallaşıb:
"İranla Azərbaycan arasında may ayında hər iki ölkə prezidentinin Araz çayında "Qız qalası" hidroqovşağı su anbarının açılışında iştirakı, verilən mesajlar, imzalanmış sazişlər tərəflər arasında gərginliyə son qoyub. İran Cənubi Qafqazda yeni geosiyasi reallıqları qəbul edərək, Azərbaycanla münasibətləri inkişaf etdirmək istiqamətində addımlar atdı. İranın mərhum Prezidenti İbrahim Rəisi ilə Azərbaycan rəhbəri İlham Əliyev arasında əldə edilmiş razılıqlar iki ölkə arasında normallaşmanın əsasını qoyub. İranın yeni seçilən prezidenti islahatçı qanada mənsubdur və Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün siyasi istəyi var".

Ekspertin qənaətincə, yeni dünya nizamında İran öz ənənəvi siyasətindən bir qədər geri çəkilib:
"İran Azərbaycan və Türkiyə ilə strateji müstəvidə əlaqələri inkişaf etdirə bilər. Hazırda Azərbaycan İranla birgə layihələr həyata keçirir. Ötən ay hər iki ölkə sərhəddə taktiki hərbi təlimlər keçirdi. Azərbaycan Prezidenti İranın yeni seçilmiş rəhbərini təbrik edərək, onu Azərbaycana səfərə dəvət etdi. Pezeşkian Azərbaycana səfər edərsə, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər. İran ilk növbədə Azərbaycana qarşı hibrid və informasiya savaşına son qoymalı, SEPAH-ın yaratdığı anti-Azərbaycan mərkəzlər ləğv edilməlidir. İran Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyirsə, real praktiki addımlara üstünlük verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual