"İsrail parlamenti qondarma erməni soyqırımını tanıyarsa, Azərbaycan İsraildən səfirliyini geri çağırmalıdır".
Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, Politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, ilk növbədə bu qərar Azərbaycan -Ermənistan normallaşma prosesini hədəfə alır:
" Görünür, İsrailin Baş naziri 40 günlük İsrail -İran müharibəsində Azərbaycanın İrana humanitar yardımı və prezident İlham Əliyevin hər həftə M. Pezeşkianla telefon danışığını unutmaq istəmir. İsrailin Baş naziri B. Netanyahu Qəzzada soyqırım həyata keçirib. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayətkar kimi rəsmi şəkildə tanınıb və həbsinə order verilib. Belə bir cinayətkar baş nazirin tarixdə olmayan qondarma bir soyqırımını tanıması absurddur".
Analitikin sözlərinə görə, Ermənistan hakimiyyətinin imtina etdiyi soyqırım iddialarını tanımaq İsrailə müsbət nəticə verməyəcək:
"İsrailin Baş naziri müharibə cinayətkarıdı və rəsmi Bakı bu cinayətkar hökumətlə siyasi əlaqələri aşağı səviyyəyə endirməsi labüddür. Türkiyə ilə Azərbaycan strateji və qardaş müttəfiqdir. İsrailin qondarma erməni soyqırımını tanıması təkcə Türkiyəyə qarşı deyil, bu Azərbaycana qarşıdır"