"Əlbəttə ki, baş nazirin əlində hansısa fakt-sübut yoxdur. Bunların hamısı sərsəm iddialardır. Son günlər davamlı təxribat törədən tərəf məhz Ermənistandır. Ancaq bu cür çıxışlar etməklə dünya ictimaiyyətini, qlobal təşkilatları aldatmaq və ajiotaj yaratmaqla beynəlxalq dəstək qazanmaq istəyirlər. Məsələ ondadır ki, bu oyunlar Paşinyanın beyninin məhsulu deyil. İrəvan hökumətinin başçısı başqa güclərin, kənar qüvvələrin yazdığı ssenarini oynayır. Fransa kimi Qərb ölkələri Ermənistan üzərindən Cənubi Qafqaza ayaq açıblar. Ermənistanı silahlandırır, təxribatlara təhrik edirlər. Baş nazir Paşinyan da kənardan gələn sifarişləri yerinə yetirir və ona uyğun açıqlamalar verir. Lakin dərk etmir ki, bu gedişat ilk növbədə Ermənistanın özünü uçuruma aparır".
Kənar qüvvələrin yazdığı ssenari: Paşinyanın oyunları
10:56 24.02.2024
Siyasət
451
Ermənistan sürətlə sülhdən uzaqlaşır
"Əlbəttə ki, baş nazirin əlində hansısa fakt-sübut yoxdur. Bunların hamısı sərsəm iddialardır. Son günlər davamlı təxribat törədən tərəf məhz Ermənistandır. Ancaq bu cür çıxışlar etməklə dünya ictimaiyyətini, qlobal təşkilatları aldatmaq və ajiotaj yaratmaqla beynəlxalq dəstək qazanmaq istəyirlər. Məsələ ondadır ki, bu oyunlar Paşinyanın beyninin məhsulu deyil. İrəvan hökumətinin başçısı başqa güclərin, kənar qüvvələrin yazdığı ssenarini oynayır. Fransa kimi Qərb ölkələri Ermənistan üzərindən Cənubi Qafqaza ayaq açıblar. Ermənistanı silahlandırır, təxribatlara təhrik edirlər. Baş nazir Paşinyan da kənardan gələn sifarişləri yerinə yetirir və ona uyğun açıqlamalar verir. Lakin dərk etmir ki, bu gedişat ilk növbədə Ermənistanın özünü uçuruma aparır".
Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə “Frans 24” telekanalına müsahibəsində növbəti dəfə Azərbaycana qarşı hədyanlar səsləndirib. Paşinyan iddia edib ki, guya, Azərbaycanın Ermənistana hücumu ehtimalı yüksəkdir. Erməni baş nazir qeyd edib ki, Bakının Qərbi Azərbaycanla bağlı rəsmi açıqlamaları Ermənistan ərazisinin böyük hissəsinin azərbaycanlı olması deməkdir: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır, baxmayaraq ki, diplomatik səviyyədə Azərbaycan əmin edir ki, onun hücum etmək niyyəti yoxdur. Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunan razılaşmalar çərçivəsində bəyan edilən üç prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı çox böyükdür”. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi iddialara cavab verib. XİN-dən bildirilib ki, Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən “Azərbaycan müharibəyə hazırlaşır” kimi açıqlamalar verilməsi və bunun üçün məkanın məhz Fransa olaraq seçilməsi, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik olmaqla, Fransa tərəfindən sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir: "Guya, Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Son zamanlar kütləvi hərbiləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, “Qərbi Azərbaycan İcması” üzrə çağırışları, eləcə də, məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığını iddia etməsi tamamilə əsassızdır. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir. Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq".
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan qeyri-ciddi açıqlamalara, daha doğrusu, uydurma və yalanlar danışmağa davam edir. Partiya rəhbərinin sözlərinə görə, N.Paşinyanın "Azərbaycan Ermənistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır" ittihamı tamamilə absurddur:
"Əlbəttə ki, baş nazirin əlində hansısa fakt-sübut yoxdur. Bunların hamısı sərsəm iddialardır. Son günlər davamlı təxribat törədən tərəf məhz Ermənistandır. Ancaq bu cür çıxışlar etməklə dünya ictimaiyyətini, qlobal təşkilatları aldatmaq və ajiotaj yaratmaqla beynəlxalq dəstək qazanmaq istəyirlər. Məsələ ondadır ki, bu oyunlar Paşinyanın beyninin məhsulu deyil. İrəvan hökumətinin başçısı başqa güclərin, kənar qüvvələrin yazdığı ssenarini oynayır. Fransa kimi Qərb ölkələri Ermənistan üzərindən Cənubi Qafqaza ayaq açıblar. Ermənistanı silahlandırır, təxribatlara təhrik edirlər. Baş nazir Paşinyan da kənardan gələn sifarişləri yerinə yetirir və ona uyğun açıqlamalar verir. Lakin dərk etmir ki, bu gedişat ilk növbədə Ermənistanın özünü uçuruma aparır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm
Metronun fəaliyyətinin dayanmasının səbəbi açıqlanıb
16:51 21.04.2026
İnfrastruktur
Çalhanoğlu gələcəyi ilə bağlı seçim etdi
16:09 21.04.2026
Futbol