
Kərim Kərimli: “Cənab Prezident tarixi ədaləti bərpa etdi”
17:11 09.11.2024
Siyasət
485
Azərbaycan bayrağı haqq etdiyi yerdə ucalır
Xalqımız iki bayramı birlikdə qeyd edir. Həm Zəfər Günü, həm də Bayraq Gününü. Bu iki bayram vəhdət təşkil edir. Azərbaycan Respublikasının Prezidenti, Silalı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun igid əsgərlərinin canı, qanı bahasına işğaldan azad etdiyi torpaqlarda üçrəngli, ay-ulduzlu bayrağımız indi vüqarla ucalır. Vətənimizin hər guşəsi azaddır və dövlət bayrağımız da haqq etdiyi yerdə dalğalanır. Belə yerlərdən biri, dünyanın diqqət mərkəzində olan, xalqımızın qürurla, məftun baxışlarla, dostların sevinclə, bəzi dövlətlərinsə qısqanc nəzərlərlə baxdığı Şuşada əsası qoyulmuş Bayraq Meydanı xüsusi əhəmiyyət kəsb edir. Bu barədə “Sherg.az”a Şuşa şəhər sakini, yazıçı-publisist Kərim Kərimli danışdı. Şuşada Zəfər gününün təntənə ilə qeyd edildiyini deyən K.Kərimli Bayraq Meydanın özəlliyini də vurğuladı:
"Bilirsiz ki, Zəfər bayramı, Zəfər günü, həm də Şuşanın azadlığı günüdür. Şuşamız 2020-ci ilin məhz 8 noyabr günündə azadlığına qovuşdu. Cənab Prezidentin həmin gün Şuşanın azad olunmasını efir vasitəsiylə xalqa bəyan etməsini, əminəm ki hər bir Azərbaycan vətəndaşı yaxşı xatırlayır və heç vaxt unutmayacaq. Həmin qürur günümüz də Zəfər bayramı elan edildi. Bu da tamamilə qanunauyğun idi, çünki 44 günlük Vətən müharibəsinin zirvəsi Şuşayla tamamlandı. Şuşa qayalıqlarına polad pəncələri ilə dırmaşan, şəhid qardaşını da çiynində zirvəyə qaldıran “aslanlarımız” Zəfər tarixinin son nöqtəsini qoydular. Cənab Prezident İlham Əliyev azad olunmuş Şuşada dövlət bayrağımızı ucaltdı. Dövlət bayrağımızın ucaldığı yer əvvəllər “26-lar” parkı olmuşdu. Cənab Prezident dövlət bayrağımızı ilk olaraq məhz bu məkanda ucaltmaqla həm də tarixi ədalətin bərpa olunduğunu sübut etdi. 4 ildir ki Azərbaycan bayrağı Şuşada Bayraq Meydanında dalğalanır və bu əbədi olacaq".

K.Kərimli bildirdi ki, Zəfər bayramı Şuşada təntənəli şəkildə qeyd edilib:
" Səhər saatlarında Şuşa əhalisi Bayraq Meydanına toplaşdı. Xatırladım ki, cənab Prezident Bayraq Meydanının açılışını sentyabr ayında edib. Əhali bu meydana toplaşdı. Oradan isə şəhərdaxili avtobuslar əhalini şəhər mərkəzinə - Bazarbaşı adlanan mərkəzi meydana gətirdi. Sizə deyim ki, bu avtobuslar elektriklə işləyir. Bazarbaşı meydanında Azərbaycan Respublikası Pezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi və Şuşa şəhər Dövlət Qoruq İdarəsinin inzibati binaları yerləşir. Burada Şuşa şəhərindəki Silahlı Qüvvələrin hərbi paradı oldu, əhali və qonaqlar paradı seyr etdik. Ardınca Şuşa şəhər 1 nömrəli orta məktəbin böyük akt zalında Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında M.F.Axundovun Müsyö Jordan və Dərviş Məstəli Şah tamaşasına baxdıq. “Qarabağ” otelinin qarşısındakı Güllü bağda Şuşada yerləşən restoran və kafelərin təqdim etdiyi milli mətbəx nümunələrindən ibarət masalar açılmışdı. Əhaliyə, qonaqlara müxtəlif yeməklər, şirniyyatlar, çay təqdim olunurdu. Bunlar hamısı pulsuz idi, kim istəsə yaxınlaşıb ürəyi istədiyini götürürdü. Axşamüstü bayram konserti başladı. Və Zəfər bayramımız atəşfəşanlıqla sonlandı. Şuşada bu şəkildə yüksək səviyyədə, təntənəli, əsl bayram əhval-ruhiyyəsi yaşandı".
K.Kərimli qeyd etdi ki, Zəfər bayramını ilk dəfədir Şuşada qeyd edirdi və bu, ölçüyəgəlməz xoşbəxtlik hissi yaşadır:
" Şuşa həmişə qonaqlı-qaralı olub. Zəfər bayramında qonaqlarımız çox idi. Şuşanın millət vəkili Polad Bülbüloğlu, Prezidentin Şuşa rayonu üzrə xüsusu nümayəndəsi Aydın Kərimov, Şuşa şəhər Dövlət Qoruq İdarəsinin rəhbərliyi, ziyalılar... Zəfər bayramında iştirak edirdilər. Güllü bağda həm də Şuşanın istedadlı sakinlərinin əl işlərindən (rəsm, tikmə, toxuma) ibarət sərgi təşkil olunmuşdu. Bu cür hərtərəfli, geniş, bütün sahələri əhatə edən bir bayram yaşadıq. Bayram sevincini bizlərə yaşadan şəhidlərimizin ruhu şad, müzəffər ordumuz daim qalib olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm