
Kipr - kriminal ofşor zona...
21:21 06.03.2024
Siyasət
556
Ora Qarabağdakı qanunsuz rejimin rəhbərlərinin "çirkli pulların"ın yuyulduğu ərazi olub “İrəvan hökuməti türk nifrəti üzərində birləşən, ortaq hesabları olan bir sıra qərəzli dövlətləri müəyyən məqsədlər üçün öz ətrafında cəmləməyə çalışır”
Martın 7-də Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək. Qeyd edək ki, bundan öncə Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib. Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana səfər edib. O, erməni həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıqlamalar verib. Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyü barədə dedikləridir. Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb. Ermənistan müdafiə naziri Suren Papikyan da İrana səfər edib. Şübhə yox ki, həm Yunanıstanın, həm də Dendiasın adını çəkdiyi dövlətlərin - Fransanın, Hindistanın regionda öz maraqları var. Fransanın müdafiə naziri Sebastyan Lekornu da bu yaxınlarda Ermənistanda idi. O, İrəvanla hərbi əməkdaşlıqdan danışaraq Ermənistanda Fransanın hərbi məsləhətçisinin olacağını söyləmişdi. Fransa əvvəllər də Ermənistanı silahlandırıb. 2023-cü ilin dekabrında Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. 2022-ci ildə Hindistanın da Ermənistana raket kompleksləri göndərməsinə dair məlumat yayılmışdı. Yunanıstanın da Ermənistanı silahlandırmasına dair kifayət qədər faktlar var. Ötən il hərbi-texniki əməkdaşlıq sazişi imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir. Yunan Kipri də dünyada beynəlxalq kriminal ofşor zona kimi tanınır. Ora Qarabağdakı qanunsuz rejimin rəhbərlərinin "çirkli pulların"ın yuyulduğu ərazi olub.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan özü üçün inkişaf yolu, siyasi kurs müəyyənləşdirə bilmir. Deputat vurğulayıb ki, İrəvan hökuməti türk nifrəti üzərində birləşən, ortaq hesabları olan bir sıra qərəzli dövlətləri müəyyən məqsədlər üçün öz ətrafında cəmləməyə çalışır:

"Əslində, Paşinyan hakimiyyətinin addımları Ermənistan daxilində gedən oyunlarla bağlıdır. Baş nazir görür ki, Ermənistanın daxilində çox ciddi qarşıdurma var. Belə məqamda Paşinyan Azərbaycanla sülh istiqamətində irəliyə doğru cəsarətli addım atmaqdan qorxur, çəkinir. Ona təzyiq göstərən fərqli qüvvələr olduğuna görə hamıya hər şey vəd edir. Ənənəvi erməni oyunlarını oynayırılar. Yəni hər yerdə "hə" deyib, amma əməldə heç nə etmirlər. İrəvan hökuməti Qərb ölkələri ilə sıx əməkdaşlıq görüntüsü yaratmaqla Rusiyadan uzaqlaşmaq siyasətini həyata keçirdiyini sübut etməyə çalışır. Erməni ictimaiyyətini inandırmağa çalışır ki, Rusiyadan daha güclü və etibarlı hərbi müttəfiq tapacaq".
Parlament üzvü bəyan edib ki, Qərb də Paşinyana güvənmir: "Çünki bir yandan Rusiyadan uzaqlaşmaq yolunu tutan və bu istiqamətdə addımlar atan İrəvan hökuməti digər yandan Moskvanın sanksiyaları pozmasına şərait yaradır. Rusiya üçün zəruri olan bir çox məhsullar məhz Ermənistan vasitəsilə çatdırılır. Qərb ölkələri də bu barədə məlumatlıdır. Lakin bu yol doğru deyil. Paşinyanın siyasəti də Ermənistanın uğursuz dövlət olduğunu təsdiqləyir. Yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaq və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyaraq normal dövlətə çevrilməkdir. Qonşu ölkələrlə normal müstəvidə əməkdaşlıq etməyi bacarmayan Ermənistan inkişaf edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media