Köçəryanın Moskva səfəri: Masada nələr var? – “Çirkin planlar...”
Banuçiçək Kalbalıyeva
14:03 17.12.2020
Siyasət
1086
“Yeni təxribata hazır olmalıyıq. Dövlətimiz, ordumuz və mediamız diqqəti əldən verməməlidir”
“Moskvadakılar Qarabağda nəyi necə etmək lazım olduğunu Köçəryandan yaxşı bilmirlər”
“Rusiya da dərk etməlidir ki, Qarabağa dair növbəti səhvi onun fəlakəti, sonun başlanğıcı olar”
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu səhər Moskvaya üçgünlük səfərə yola düşüb. Məlumatı keçmiş prezidentin ofisi yayıb. Bildirilib ki, səfər xüsusi xarakter daşıyır.
Üç günlük səfər çərçivəsində Rusiyada başqa görüşlərin nəzərdə tutulub-tutulmadığı məlum deyil. İndiki məqamda, yəni Azərbaycanın tarixi qələbə qazandığı, Ermənistanda isə böhranın günü-gündən dərinləşdiyi bir vaxtda keçmiş prezidentin birdən-birə Rusiyaya səfəri kifayət qədər müəmmalıdır. Maraqlıdır, bu, nəyə hesablanıb?
Sualımızı cavablandıran siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a səfərin xoş niyyətli olmadığını bildirib:
“İlk növbədə onu deyim ki, Köçəryanın heç bir statusu yoxdur. Bu halda onun rəsmi səfər etməsi düzgün deyil. İkincisi isə keçmiş prezident barədə ölkəsində cinayət işi açılıb. Belə olan halda səfər baş tutursa, deməli, məsələ kifayət qədər ciddidir. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın qələbəsini “həzm edə” bilmir.
Provokasiya variantları azalır. Səfər hansısa yeni təxribatın hazırlanmasına hesablanıb. Çünki Moskvadakılar Qarabağda nəyi necə etmək lazım olduğunu Köçəryandan yaxşı bilmirlər.
Yəni biz yeni təxribata hazır olmalıyıq. Həm dövlətimiz, həm ordumuz, həm də mediamız diqqəti əldən verməməlidir. İkinci bir tərəfdən isə təkcə ermənilərin xislətini yox, Rusiyanın onların əli ilə nələr etdiyini də bilirik. Dediyim kimi, çirkin planlar hazırlanır. Biz buna hazırlıqlı olmalıyıq”.
C.Nuriyevin Köçəryanın hakimiyyət başçısı postuna hazırlanmasını istisna edir:
“Onun hakimiyyətə gətiriləcəyinə inanmıram. Hər şeydən əvvəl ABŞ-ın maraqlarını və İrəvandakı təsir gücünü nəzərə almaq lazımdır. Həm də Ermənistan vətəndaşları Qarabağ ermənilərini bəyənmirlər.
Hazırkı elitanın eyni bataqlığa bir də düşəcəyinə inanmıram. İkinci bir tərəfdən isə Rusiyanın Dağlıq Qarabağa dair növbəti səhvi onun fəlakəti, sonun başlanğıcı olar.
Moskva bunu dərk etməlidir. Başa düşmürsə, öz problemidir. Kreml, az qala, dünyanın altıdabir hissəsinə sahibdir. Lakin hələ də gözü doymur. Bir tarixə baxın, hansı imperiyalar qalıb? Hamısı dağılıb. İndi növbə Rusiyadadır. Ardınca isə Çin dağılacaq. İndi nə Azərbaycan otuz ilki əvvəlki ölkədir, nə də Rusiya SSRİ-dir. Rusiya indi diz üstü çöküb. Tam yıxılmasına isə çox az qalıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm