“Kreml Kiyevdən separatçılarla danışıqlar tələb edir” – Siyasi “tələ” !
Fidan Həmişəyeva
15:09 10.07.2020
Siyasət
1004
“Kiyev bu danışıqlara ona görə maraq göstərmir ki, Donbasın işğalının arxasında Rusiya dayanır"
Rusiya prezidenti Vladimir Putinin yeni konstitusiyaya görə növbəti illərdə də hakimiyyətdə qalacağı qonşu dövlətlərdə sual doğurub. Kreml sahibi növbəti 16 ildə xarici və təhlükəsizlik siyasətində hansı yeni planlar reallaşdırmağa çalışacaq?
Bu sualın aktuallığı ona görə artıb ki, Putin son zamanlar SSRİ-nin başqa formada bərpasından danışır. Bu, Rusiyaya qonşu olan ölkələrdə ciddi narahatlıq yaradır.
Proseslə bağlı "Sherg.az"a danışan "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Dmitriy Medvedev son müsahibəsində müxtəlif mövzularla yanaşı Ukraynadan da danışıb:
"Medvedyevə belə bir sual verilib: “Rusiya son 20 ildə Ukrayna və Gürcüstanla münasibətləri korlayıb, Belarusla münasibətlərdə sə gərginlik yaşana bilərmi?”
Medvedyev Gürcüstan və Belarusa toxunmadan Ukrayna haqqında belə deyib: “Ukraynalılar mövcud reallıqları qəbul edərək daxili böhranla və ölkənin şərqindəki durumun həlliylə məşğul olmalıdırlar”. Medveyev “ukraynalılar mövcud reallıqları qəbul etməlidirlər” dedikdə Rusiyanın Ukraynanın bir parçası olan Krımın ilhaqını qəbul etmələrini nəzərdə tutur. “Krımda referendum keçirilib və yarımada Rusiyaya birləşdirilib, bununla da məsələ bitib” – bu rusiyalı rəsmilərin ümumi mövqeyidir".
Analitik qeyd edib ki, Kremlin Kiyevdən başqa bir tələbi də var:
"Moskva Kiyevin Donetsk və Luqansk separatçılarıyla birbaşa danışıqlar aparmasını istəyir. Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edən Prezident Administrasiyasının sədr müavini Dmitri Kozak separatçılarla birbaşa danışıqlar aparılmadan münaqişənin həll olunmayacağını iddia edir.
Moskva bu məqsədlə üçtərəfli – Rusiya, Ukrayna və separatçıların nümayəndələrindən ibarət komissiyanın yaradılmasına çalışır. Kiyev bu komissiyanın yaradılmasına bir şərtlə razıdır ki, danışıqlarda Donbası separatçılar deyil, həmin bölgədə yaşayan neytral şəxslər təmsil etsinlər.
Problem ondadır ki, separatçı bölgədən danışıqlara qatılan istənilən şəxs həmin bölgənin separatçı rəhbərlərinin nəzarəti və təzyiqi altında olacaq. Ona görə də Kiyevdə anladılar ki, separatçı bölgədən “neytral şəxslərlə” aparılan danışıqlar da nəticə verməyəcək. Kiyev bu cür danışıqlara həm də ona görə maraq göstərmir ki, Donbasın işğalının arxasında birbaşa Rusiya dayanır".
E.Şahinoğlu qeyd edib ki, Moskva Donbass problemini Ukraynanın daxili problemi kimi qələmə verməyə çalışsa da, Kiyev bunu qəbul etmir:
"Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba son açıqlamasında bir daha vurğulayıb ki, Donbass Ukraynanın daxili problemi deyil, danışıqlar Kiyevlə separatizmə rəvac və dəstək verən Rusiya ilə aparılmalıdır. Həqiqətən Donbass separatçıları Rusiyadan hərbi dəstək almadan Ukrayna torpaqlarını işğal edə bilməzdilər. Digər tərədən Moskva Donbass əhalisinə Rusiya pasportları paylayıb. Yəni bunun özü Donbassın Ukrayna daxilindəki problem olmadığını göstərir.
Eyni ilə Dağlıq Qarabağ da Azərbaycanın daxili problemi deyil. Bu qonşu dövlətin işğalı nəticəsində yaranan problemdir. Rusiya kimi Ermənistan da Bakının separatçılarla birbaşa müzakirələrin aparılmasını istəyir.
Ancaq necə ki, Rusiya Donbassı işğal edib və separatçıların arxasında dayanıb, eləcə də Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal edib və onların büdcəsinə qədər bütün məsələlərini həll edir. Biz də Ukrayna kimi separatçılarla deyil, onun arxasındakı güclə danışıqlar aparırıq.
Moskva bildirir ki, guya Kiyevlə Donbass separatçıları hansı qərara gəlsələr, Kreml həmin qərarla razılaşacaq. Bu başaldatmadır. Məsələn Donbass separatçıları hipotetik olaraq Kiyevin istəyi ilə müxtariyyətə razılaşsalar, Moskva bu izdivacı qəbul edəcəkmi?
Çətin. Rusiya Donbass problemi vasitəsilə Qərbə inteqrasiya olmaq istəyən Ukraynaya hər zaman təzyiq etməyə çalışacaq. Kreml bu aləti əlidən verməz. Eləcə də Dağlıq Qarabağ separatçılarının maliyyə və hərbi xərcləri Ermənistanın boynundadır,
Ermənistan ordusu orda yerləşib. Ona görə də biz separatçılarla deyil, onların sahibiylə danışıqları aparırıq. Ancaq bunun da münaqişənin həllini yaxınlaşdırmadığı bəllidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat