Kremldən İlham Əliyevin MDB sammitində iştirak etməməsi ilə bağlı açıqlama

Rusiya tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin sıx qrafik səbəbindən Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etməməsini anlayışla qarşılayır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, biz bunu tam anlayışla qarşılayırıq. Həqiqətən də dövlət başçılarının çox sıx qrafiki var, xüsusilə dekabr ayında, Yeni il ərəfəsində",- o qeyd edib.

D. Peskov əlavə edib ki, buna baxmayaraq, Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edirlər:

"Biz Azərbaycanla konstruktiv əməkdaşlıq və tərəfdaşlıq münasibətlərimizi inkişaf etdirməyə davam edirik. Azərbaycan da təşkilatın bütün formatlarında iştirakını davam etdirir".