Kremlə təcili ZƏNG: “Putin Paşinyanı itaətkar hala salır”
Banuçiçək Kalbalıyeva
13:20 26.02.2021
Siyasət
726
“O, Ermənistan baş nazirini cəzalandırır”
“Erməni generalların iqtidara qarşı itaətsizliyi də ciddi məsələdir. Bunun Moskvanın razılığı ilə reallaşdığı qənaətindəyəm”
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, – deyə Peskov bildirib.
Görünür, Paşinyan köhnə adətindən əl çəkmir. Yenə telefonu əlindən yerə düşmür. Bu isə “quyruğunun qapı arasında qalmasının” göstəricisidir...
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin Putinə zəngi barədə “Sherg.az”a danışdı:
“Paşinyan bu zənglə rəqiblərinə göstərmək istəyirdi ki, Kreml qanuni hökuməti tanıyır. Onun bu günlərdə Vaşinqtonla, Parislə təmasa girəcəyini də istisna etmirəm. Bildiyiniz kimi, Rusiya dövlət başçısı ümumi sözlər deməklə, sabitlikdə maraqlı olduğunu bildirməklə kifayətləndi. Əslində, həqiqətən, belədir. Putinin Paşinyandan xoşu gəlməsə də, vətəndaş qarşıdurmasının başlanmasında maraqlı deyil. O, Ermənistan baş nazirini cəzalandırır. Məqsədi isə Paşinyanı tamamilə itaətkar etməkdir”.
E.Şahinoğlunun fikrincə, Ermənista iqtidarının vəziyyəti getdikcə çətinləşəcək:
“Paşinyan məğlub ölkənin baş naziri olsa da, reytinqi az deyil. Dünənki mitinqdə müxalifətin 5 min, Paşinyanın isə 10 min tərəfdarının olması dediyimiz fikrin təsdiqidir. Deməli, baş nazirə dəstək var. Amma o, hakimiyyətdə qalmağı bacarsa da, vəziyyəti getdikcə çətinləşəcək. Çünki ölkədə iqtisadi vəziyyət pisləşir. Erməni generalların iqtidara qarşı itaətsizliyi də ciddi məsələdir. Bunun Moskvanın razılığı ilə reallaşdığı qənaətindəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya