Küçələr dolub, boşalır
22:36 12.03.2021
Siyasət
687
Ermənistanda hakimiyyət dəyişikliyi gözlənilmir
Ermənistanda hakimiyyət və müxalifət arasında mövcud ziddiyyət davam etməkdədir. Ölkədə yaranmış siyasi böhran daha da dərinləşir. Bu proseslərin gələcəkdə Ermənistanı təkcə siyasətdə yox, iqtisadiyyat, sosial həyat və digər istiqamətlərdə daha böyük problemlər yaradacağı şübhəsizdir. Artıq həftələrdir ki, bir-birinin istefasını tələb edən Ermənistan siyasi və hərbi rəhbərliyi ümumi razılığa gələ bilmir. İrəvan küçələri demək olar ki, hər gün mitinqlərə şahidlik edir.
Əslində, bu ölkədə hakimiyyətə qarşı etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 10-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Erməni KİV-ləri iddia edir ki, bu münaqişələr səngiməyəcək. Əksinə, Ermənistan müxalifəti ölkədə yaranmış xaosdan - baş nazir, prezident və ordu rəhbərliyi arasındakı intriqadan istifadə edərək növbəti dəfə inqilaba cəhd edəcək. Hətta erməni mətbuatları İrəvandakı siyasi oyunlarda artıq iki tərəf deyil, üçüncü qüvvənin də meydana atıldığını iddia edir.
Maraqlıdır, bu “üçüncü qüvvə” kimdir və situasiya hansı tərəfin lehinədir? Ermənistanda siyasi gərginliyin növbəti mərhələsi nə vəd edir?
Suallarımızı cavablandıran politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda baş nazir ilə prezident və ordu rəhbərliyi arasındakı siyasi intriqa gərginliyini artırıb:
"Bu günləri iqtidar cinahının hakimiyyət daxilindəki qarşıdurmadan qalib və üstün tərəf kimi çıxdığı, öz mövqeyini gücləndirdiyi söylənilsə də, hər hansı bir konkret nəticədən bəhs etmək olmaz. Ayrıca, müxalifətin siyasi pusquda dayanaraq növbəti həmlə fürsəti güdməsi də reallıqdır. Ona görə də məğlub ölkədə ictimai-siyasi gərginliyin azaldığını, yaxud qarşıdurmanın səngidiyini söyləmək mümkün deyil. Proseslərin önümüzdəki günlərdə də zaman-zaman artan və azalan dinamika ilə cərəyan edəcəyini proqnozlaşdırmaq olar”.
Politoloqun sözlərinə görə, Ermənistanda baş nazir-ordu rəhbərliyi qarşıdurması müxalifət üçün “taymaut” götürməyə və resursları yenidən səfərbər edərək təşkilatlanmağa imkan yaradıb:
“Hətta hakimiyyət daxilindəki bəzi qüvvələrin də müxalifətlə işbirliyi üçün təmaslar yaratdığı qeyd edilir. Ermənistan mətbuatı Paşinyana qarşı təşkil edilmiş bu müqavimət qrupunu “üçüncü qüvvə” adlandırır. Amma məsələ ondadır ki, hazırkı situasiyada konfrontasiya tərəflərinin güc və təsir nisbəti iqtidarın lehinədır. Müxalifətin həlledici ictimai dəstək əldə qazanmağı bacarmaması, hakimiyyətdaxili müxalif qrupların koordinasiyalı hərəkət edə bilməməsi və digər bu cür amillər Paşinyana rəqiblərinin həmlə qüvvəsini zəiflətmə şansı verir”.
N.Qələndərli qeyd edib ki, Paşinyan həm hakimiyyət daxilindəki, həm də klassik müxalifətin manevr imkanlarını daraltmaq üçün repressiv metodlardan istifadə edərək siyasi pressinqi davam etdirəcək:
"Müxalif qüvvələrin isə iqtidara təzyiq aksiyalarının davam edəcəyini düşünürəm. Siyasi səhnəyə “üçüncü qüvvə”nin daxil olub-olmamasından asılı olmayaraq, proseslər bu cür cərəyan edəcək. Belə bir şəraitdə Ermənistanda xaos, böhran və gərginliyin davam edəcəyi qənaətindəyəm. Lakin etiraz aksiyaları və ehtimal olunan çevriliş cəhdlərinin hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini proqnozlaşdırmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə