Lavrovun bəyanatındakı iki ziyanlı məqam:“Separatçılar təkisilah olunmur, ATƏT dirçəldilir..."
14:12 28.09.2021
Siyasət
451
“Görünən odur ki, Rusiya yerdə qalan məsələləri həll etmək istəmir. Belə gedişat isə maraqlarımıza cavab vermir”
“Əlimizdən gələni etməliyik ki, həm Laçın dəhlizinə nəzarəti bərpa olunsun, həm də Qarabağdakı separatçıları tərkisilah edək”
“Elə olsun ki, 4 ildən sonra bölgədə rusiyalı hərbçilərə ehtiyac qalmasın!”
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir. Onun sözlərinə görə, hazırda bölgədə heç bir zorakılıq aktları yaşanmır:
“İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq istəyirəm ki, hazırda orada vəziyyət sabitdir.
Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”.
S.Lavrov həmçinin regiona işçigüzar səfərlərin bərpası ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda rəsmi Bakı və İrəvanla razılıq əldə etdiyini bildirib.
Mövzu barədə fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Məkrəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Lavrovun açıqlamasında iki ziyanlı məqamın olduğunu diqqətə çatdırıb:
“Birincisi, Lavrov deyir ki, bölgədə 1 ildir sabitlik hökm sürür. Əlbəttə, müharibənin olmaması vacibdir, ancaq sabitlik o demək deyil ki, məsələlər tam həll olunub. Laçın dəhlizi və separatçıların ərazilərimizdən tərkisilah olunmaması ilə bağlı suallarımız var. Amma Lavrovun söylədiklərindən belə çıxır ki, bütün bunlar Rusiya üçün vacib deyil, təki atəş açılmasın. 30 ilə yaxın müddətdə başımızı belə aldatmağa çalışdılar, söylədilər ki, sabitlik olsun. İndi də eyni açıqlamalar verirlər.
İkinci ziyanlı fikir odur ki, Lavrov ATƏT-in fəaliyyətə başlaması ilə bağlı açıqlama verir. Halbuki dövlət başçısı “Anadolu” agentliyinə müsahibəsində bildirdi ki, onların bu cür fəaliyyəti bizim üçün faydalı deyil. Yəni gəlib nəyi müzakirə edəcəklər? Status məsələsi bizi maraqlandırmır!.
Görünən odur ki, Rusiya yerdə qalan məsələləri həll etmək istəmir. Belə gedişat isə maraqlarımıza cavab vermir. Ona görə də əlimizdən gələni etməliyik ki, həm Laçın dəhlizinə nəzarəti bərpa olunsun, həm də Qarabağdakı separatçıları tərkisilah edək. Elə olsun ki, 4 ildən sonra bölgədə rusiyalı hərbçilərə ehtiyac qalmasın!”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə