Lavrovun Qarabağ saxtakarlığı: Nikolla savaş həddi aşır
19:09 02.10.2023
Siyasət
403
Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar (? – red.) Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“İrəvandakı rəsmilər deyəndə ki, 2020-ci ilin noyabrında müharibəyə son qoymaqla bağlı saziş imzalamaqla Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib - bu yalandır. Bu müqavilədə, 10 noyabr 2020-ci il tarixli bu müqavilədə yazılıb ki, Qarabağ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır və ümumi anlayış vardı ki, Qarabağın yekun statusu haqda (? – red.) dialoq davam etdiriləcək.
Ancaq bir il və yaxud il yarım sonra Baş nazir Paşinyan Praqadakı hansısa növbəti Avropa sammitində Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycanın bir-birini 1991-ci il sərhədləri daxilində tanıması barədə sənəd imzalayanda məsələ bağlandı. Daha sonra Brüsseldə bu termini (Paşinyan) yenidən istifadə etdi. Üstəlik, AB-nin yaydığı sözügedən sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olduğu və bu aqibətin hansısa yolla həll edilməli olduğu qeyd olunmur”, - Lavrov bildirib.
Qeyd edək ki, Rusiyanın Paşinyan hakimiyyətinə qarşı sui-istifadə etdiyi bu tezis getdikcə inkişaf edir və təhriflərə, yalanlara daha çox yer verilir. Belə ki, 10 noyabr 2020-ci il bəyanatında keçmiş “Dağlıq Qarabağın” statusu ilə bağlı heç bir söz yoxdur və onun “hansısa gələcəkdə müzakirəsi” də sənəddə əks olunmayıb. Əksinə, sənəd imzalandığı gün Prezident İlham Əliyev “status”un cəhənnəmə getdiyi haqda rəsmən bəyanat verdi.
İkincisi, keçmiş Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bütün beynəlxalq sənədlərdə əksini tapıb – o cümlədən Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə ən yüksək səviyyədə elan edib. Hələ 2020-ci ilin dekabrında Rusiya lideri Vladimir Putin keçirdiyi illik mətbuat konfransında “Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub” deyə bəyan etmişdi. Həmin mətbuat konfransı dünyanın 300-ə qədər böyük media qurumu vasitəsilə tirajlanmışdı.
Bu baxımdan Lavrovun “Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar” ifadəsi Paşinyana qarşı daxili siyasi mübarizəni qızışdırmaq üçün istifadə edilən yalan təbliğatdır. Ancaq bu təbliğat və faktların təhrifi aşkar saxtakarlıq və Azərbaycanın ərazi bütövlüyünə qarşı eyham üzərində qurularkən, çox eybəcər görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya