Macarıstan və Slovakiya: NATO Baş Katibliyinə namizəd olan Rutteni dəstəkləyir
Yusif Nəzərli
17:22 18.06.2024
Siyasət
640
Macarıstan və Slovakiya NATO baş katibi postuna namizədliyini açıqlayan Niderland Krallığının Baş naziri Mark Rutteni dəstəkləyəcəklərini açıqlayıblar.
Sherg.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban həm NATO-nun hazırkı baş katibi Yens Stoltenberq, həm də Niderland Krallığının baş naziri Rutte ilə keçirdiyi görüşlərlə bağlı X sosial media hesabından açıqlamalar verib.
Orban Macarıstan personalının NATO-nun Ukraynadakı fəaliyyətlərində iştirak etməməsi və bu fəaliyyətlər üçün ölkəsinə aid heç bir vəsaitin istifadə edilməməsi mövzusunda Stoltenberqlə razılaşdıqlarını bildirib.
Ruttenin NATO-nun baş katibi olacağı təqdirdə bu razılaşmaya sadiq qalacağını bildirən Orban, “Macarıstan verdiyi sözə uyğun olaraq, Baş nazir Ruttenin NATO Baş Katibliyinə namizədliyini dəstəkləməyə hazırdır” deyə bildirib.
Slovakiya Prezidenti Peter Pelleqrini ölkə mətbuatına verdiyi açıqlamada, NATO baş katibi vəzifəsinə yarışan iki namizədlə görüşdükdən və hökumətlə, eləcə də müalicə alan baş nazir Robert Fico ilə məsləhətləşmələrdən sonra Ruttenin namizədliyini dəstəkləyə biləcəklərini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya