Mehriban Əliyeva Əminə Ərdoğanla görüşüb
15:46 19.02.2024
Siyasət
411
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.
Dövlət Qonaq Evində baş tutan təkbətək görüş zamanı Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Birinci xanım Əminə Ərdoğan Mehriban Əliyeva Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının təşkilində (COP29) uğurlar arzulayıb.
Görüşdən sonra birinci xanım Ərdoğan sosial şəbəkədəki paylaşımında bu sözləri qeyd edib:
“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.
Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya