Mirzoyanın açıqlamasını etibarlı mənbə hesab etmək olmaz - Ekspert
12:21 05.06.2023
Siyasət
676
"Bu o demək deyil ki, Türkiyə gələcəkdə Ermənistana heç bir tələb irəli sürməyəcək"
“Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürməyib”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deyib. “Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin tənzimlənməsidir”, - Ermənistan XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, bununla bağlı bir sıra yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə müxtəlif fikirlər səsləndirilib.
A.Mirzoyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və onun ikinci sırada əyləşməsinə də münasibət bildirib: “Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular”.
Mirzoyanın açıqlamasını etibarlı mənbə olmadığını deyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a bildirib ki, Ermənistan siyasi rəhbərliyinin öz maraqlarına uyğun olaraq yalan məlumatlar verdiyinin zaman-zaman şahidi olmuşuq:
"Biz bunu Qarabağ müharibəsi zamanı da görmüşük. Ona görə də, Ermənistan dövlət olaraq etibarlı mənbə olmadığı kimi, onun rəsmi şəxsləri də güvənilir qəbul etmək yalnış olar. Düzdür açıqlamanın tamamilə əsassız olduğunu söyləmirəm. Ancaq onun nə qədər etibarlı olduğunu da sorğulamağımız lazımdır. Digər tərəfdən Mirzoyanın dediklərinin doğru olması, o demək deyil ki, Türkiyə gələcəkdə Ermənistana heç bir tələb irəli sürməyəcək. Biz bundan əvvəl də bir sıra türk rəsmilərinin dilindən Ermənistanın Ağrı dağı və Türkiyənin Şimal-şərq torpaqlarına olan iddiaları rəsmi Ankara üçün narazılıq predmeti olub. Həmçinin qardaş Türkiyə İrəvandan tələb edib ki, ermənilər beynəlxalq hüquqa hörmət etməldir."
Ekspertin sözlərinə görə, gələcəkdə Türkiyənin Ermənistandan tələblərinin olması gözləniləndir:
"Bu tələblərin isə, suverenlik və İrəvanın üzərinə götürdüyü öhdəliklərlə bağlı olacağını ehtimal edirəm. Bu gün heç bir tələbin irəli sürülməməsi isə, prosesin ilkin mərıhələdə olması və Türkiyə-Ermənistan arasından işğal faktorunun olmamasından qaynaqlanır. Ona görə də, hələlik şərt irəli sürməyi vacib bilməyiblər. Gələcəkdə iki ölkə arasındakı münasibətlər şəffaflaşdıqca tərəflərin şərtləri formalaşacaq".
H.Səhrablı əlavə edib ki, Ankaranın bu günə qədər münasibətlərin normallaşması üçün Ermənistanda Azərbaycanla bağlı da şərtlər qoyub:
"Bu şərtlər Qarabağın Azərbaycan ərazisi kimi tanınması, işğala son verilməsi, ermənilərin aqressiv hərəkətlərinin dayandırılması və.s dir. Türkiyə Ermənistan münasibətlərinin yaxın zamanda tənzimlənməsi isə iki başlı məsələ kimi dəyərləndirilməlidir. Birincisi Ankara narahatlıqlarına cavab tapmalıdır. İkincisi Azərbaycanla bağlı məsələdir. Hər iki nüans da Ermənistandan qaynaqlanır. Lakin yaxın zamanlarda bu normallaşmanı gözləmək sadəlövhlük olardı. Çünki Paşinyan hər nə qədər, açıq olsa da, türk düşməni olan bir erməni cəmiyyəti var. Bu cəmiyyət isə şovinist ruhdadır. Yəni Ermənistan cəmiyyətinin sağlam təfəkkürü olmadan, normallaşma prosesində ciddi uğurun əldə olunacağını düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm