Moskva göz yaşlarına inanmır: “Paşinyana zərbə endiriləcək”
Banuçiçək Kalbalıyeva
13:03 25.02.2021
Siyasət
11175
Ermənistanda vəziyyət günü-gündən qarışır. Artıq bir neçə gündür ki, aksiyalar səngimir. Baş nazir Nikol Paşinyan hər açılan səhərə ümidlə başlasa da, deyəsən, Günəş onun üçün çoxdan batıb. Bu gün hərbçilərin etirazlara başlaması isə son həddir. Görünür, hakimiyyətə çevriliş yolu ilə gələn Paşinyan elə də devriləcək.
Məlumat üçün bildirək ki, İrəvanın mərkəzində opera binasının yaxınlığında hakimiyyət tərəfdarları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Qeyd olunur ki, müxalif “Vətənin xilası hərəkatı”nın tərəfdarları Azadlıq meydanına toplaşıblar.
Bu zaman oradan Baş nazir Nikol Paşinyana dəstək yürüşü edən vətəndaşlar keçib və iki qrup arasında qarşıdurma yaşanıb.
Türkiyənin dəniz qoşunlarının hazırda təqaüddə olan admiralı, Bahçeşehir Universitetinin Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Cihat Yaycı Ermənistandakı xaotik vəziyyətin nə ilə nəticələnəcəyi barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Rusiya Paşinyanın Qərbin adamı olduğunu bilir və onu bağışlamaz. Düzdür, baş nazir son vaxtlar balanslaşdırılmış siyasət yeritməyə, Rusiya ilə münasibətləri qorumağa çalışır. Lakin Putin ondan daha çox Ermənistan prezidenti Armen Sarkisyanla ünsiyyət saxlayır.
Paşinyan bundan sonra nə edirsə etsin, Moskva onun səhvini unutmayacaq və fürsət düşən kimi “nokaut” zərbəsi endiriləcək. Rusiya siyasətindən xəbərdar olanlar bunu yaxşı bilirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya