Moskva Qarabağdakı razılaşmaya əməl etməyə məcburdur - Politoloq
Banuçiçək Kalbalıyeva
06:59 26.03.2021
Siyasət
650
“Türkiyənin son illərdə regional siyasətini Şərqə tərəf genişləndirməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya açılımı Rusiyanı ciddi narahat edir. Həmçinin Ankaranın Qara dənizdə fəaliyyəti və Ukraynanı silahla təchiz etməsi Moskvanı Suriyada Türkiyəyə qarşı fəaliyyətə sövq edib”.
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə özünün Facebook hesabında yazıb. Ekspert tərəflər arasındakı münasibətlər barədə “Sherg.az”a danışarkən bildirib ki, onlar “bir-birlərinin ətlərini yesələr də, sümüklərinə dəymirlər”:
“İdlibdə Rusiyanın hücumu və Türkiyə sərhədlərinə yaxın hərbi əməliyyatlar keçirməsi Ankaraya təzyiq mexanizmidir. Amma Türkiyənin Moskvanın bu provakasiyasının qarşısında geri çəkilməsi gözlənilmir. İki ölkə arasında artan siyasi -iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığa baxmayaraq, Kreml Türkiyənin artan regional mövqeyini özünə təhdid hesab edir. Turan ideyasının Moskvada yüksək səviyyədə dilə gətirilməsi məhz bununla əlaqəlidir. Rusiya Türkiyənin türk dövlətlərindən ibarət hərbi blok qurmasından narahatdır. Türkiyə İdlibdə Rusiyanın bu təxribatlarına qarşı Şimali Suriyada yenidən hərbi əməliyyatlar keçirib, nəzarət etdiyi arealı genişləndirə bilər. Həmin prosesdə ABŞ-ın Ankaranı dəstəkləməsi mümkündür. Rusiyanın Türkiyəyə qarşı İdlibdə təzyiq mexanizmi var. Eyni zamanda Türkiyə Rusiyaya Ukraynada, Cənubi Qafqazda, Liviyada və Mərkəzi Asiyada təsir etmək gücünə malikdir. Bundan sonra iki dövlət arasında münasibətlərin kəskin olacağı və eyni zamanda əməkdaşlığın davam edəcəyi gözlənilir”.
M. Əsədullazadənin sözlərinə görə, şimal qonşumuzun imkanları məhduddur. Kreml mövcud vəziyyətlə barışmalıdır:
“Ankaranın NATO və Qərbin Rusiyaya qarşı sanksiyalarından istifadə edib Moskvaya təzyiqlər edəcəyi mümkündür. Rusiya regionda Türkiyənin maraqlarını tanımağa məcburdur. ABŞ və NATO-nun Moskvaya hərəkətə keçməsi Rusiyanın beynəlxalq müstəvidə mövqelərini zəiflədəcək. Bu da Türkiyəyə imkan verəcək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində siyasi - hərbi və iqtisadi imkanlarını artırsın. Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağda əldə edilən razılaşmaların yerinə yetirilməsini axıradək izləcəyəklərini qeyd etdi. Çünki razılaşmaların yerinə yetirilməsi Türkiyənin regional maraqları çərçivəsindədir. Bu, Cənubi Qafqazda əldə edilən 10 noyabr 2020-cil bəyanatının yerinə yetirilməsi üçün Ərdoğanın Kremlə çağırışı idi. Ankara prosesləri diqqətlə izləyir. Moskva iki ölkə arasında Suriya və Ukraynada artan narazılığa baxmayraq, Qarabağdakı razılaşmaya əməl etməyə məcburdur. Çünki ortada Azərbaycan amili var. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyan da belə bir məsələdə maraqlıdır. Məhz 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsi üçün Ankara, Bakı və İrəvanda ortaq maraqlara malikdir. Ona görə də Rusiya tərəfi Türkiyə ilə arasındakı böhrana baxmayaraq, prosesi sabotaj edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə