"Moskva yolun sonundadır"
Yusif Nəzərli
08:46 01.03.2022
Siyasət
742
Cümşüd Nuriyev: "Kreml rəhbəri hazırda həddindən artıq psixi gərginlik altındadır"
"Rusiya nəzərdə tutduğu müddətdə Ukraynanı işğal edə bilmədiyi üçün daha da aqressivləşib"
Rusiyanın Ukrayna ərazisinə hərbi təcavüzü və günlərlə davam etdirilən işğalçılıq rus ictimaiyyətinin də narazılığına səbəb olub. Rusiyanın bir çox şəhərlərində hökumətə qarşı etiraz aksiyaları keçirilib. Ötən gün Sankt-Peterburq şәhәrindә Ukraynaya edilәn hәrbi müdaxilәyә qarşı etiraz aksiyası zamanı onlarla adam saxlanılıb. Şәhәrin Nevski prospektindә toplanan yüzlәrlә aksiyaçı Rusiyanın Ukraynaya hәrbi müdaxilәsinә öz etirazlarını bildiriblәr.
‘‘Müharibәyә yox’’ şüarının sәslәndirildiyi etiraz aksiyasında qocalar da iştirak edib. Aksiyaçılar Prezident Vladimir Putin әleyhinә dә şüarlar sәslәndiriblәr. Paytaxt Moskva daxil olmaqla ölkәnin çox sayda şәhәrindә keçirilәn etiraz aksiyaları zamanı yüzlərlə adam həbs olunub. Rusiyanın siyasi elitası və iş adamları da Putinin həyata keçirdiyi siyasətin düzgün olmadığı qənaətindədir. Rusiya Dövlət Dumasının sabiq deputatı Vyaçeslav Marxayev rusların Ukraynaya hücumunu kəskin tənqid edib: “Çox təəssüf edirəm ki, “dxr” və “lxr”in tanınması üçün bütün kampaniyanın əvvəlcə gizlədilmiş tamamilə fərqli ideya və planı var idi və nəticədə biz iki dövlət arasında genişmiqyaslı qarşıdurma və müharibə vəziyyətində özümüzü tapdıq. İkili standart üsullarından istifadə etməyə başlayan Rusiya hakimiyyətini tənqid edirəm”. Rusiyalı oliqarxlar da hökuməti müharibəni dayandırmağa çağırıblar. Milyarder Oleq Deripaska və Mixail Fridman tərəfləri dərhal danışıq masasına oturmağa səsləyiblər. Rusiyanın bir sıra alim və elm sahəsində çalışan araşdırmaçı jurnalistləri də Putinin Ukrayna torpaqlarında başlatdığı işğala etiraz ediblər. Etiraz məktubunu minlərlə elm adamı imzalayıb. Vurğulanıb ki, bu ölümcül addım çoxsaylı insan itkisinə yol açmaqda və beynəlxalq təhlükəsizlik sistemini sarsıtmaqdadır: “Avropada yeni bir müharibənin başladılması məsuliyyəti tamamilə Rusiyaya aiddir. Bu müharibənin məntiqli bir səbəbi yoxdur. Onlara qarşı savaş haqsız və mənasızdır. Ukrayna bizə yaxın ölkə olub. Çoxumuzun Ukraynada yaşayan qohumları, dostları və həmkarları var. Babalarımız, atalarımız nasizmə qarşı birlikdə savaşıblar. Rusiyanın liderliyinin geopolitik ambisiyaları uğrunda müharibəyə girişmək gülünc bir xəyanətdir”.
Rusiyada daxili etirazları “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, əfsuslar olsun ki, Kreml rəhbəri rusların etirazına məhəl qoymur. Professor vurğulayıb ki, Putin XXI əsrdə böyük rus şovinizminin banisidir:
“1919-cu ildə Lenin yazırdı ki, “Rusiya hər zaman şovinizmə meyl edəndə uçurumun kənarına gəlir, əgər lider ağıllıdırsa, xilas olur, əks halda uçuruma yuvarlanır”. Artıq Moskva yolun sonundadır. Kreml rəhbəri hazırda həddindən artıq psixi gərginlik altındadır. Ona görə də verdiyi qərarlar ölçülü-biçili olmur.
Digər yandan rus kanalları dünyaya bəyan edirlər ki, “Rusiyasız dünya yoxdur, əgər ruslar yoxdursa, dünya da olmayacaq”. Nüvə silahından istifadə edəcəklərini gündəmə gətirirlər.
Rusiya nəzərdə tutduğu müddətdə Ukraynanı işğal edə bilmədiyi üçün daha da aqressivləşib. Moskva Qərb ölkələrinə nota verir və məqsədindən geri çəkilməyəcəyini deyir. Lakin rusların bütün addımları uğursuzluqla nəticələnir. Rusiyanın kəşfiyyat orqanları uzun müddət Ukraynada milyardlarla vəsait xərcləyiblər. Ancaq müharibə zamanı bəlli oldu ki, rus kəşfiyyatı Ukraynada heç bir casus şəbəkəsi yarada bilməyib.
Tərəflərin danışıqlarından nəticə gözləmirəm. Çox güman, Putin də tezliklə dayanmayacaq və bir müddət dirənməyə çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya