"Münaqişənin tam həllini arzulamayan kənar güclər var"
Turan
08:35 28.05.2021
Siyasət
685
Amma indi şərtlər 1990-cı illərdən çox fərqlidir
"Rusiyanın regiona baxışında müəyyən dəyişikliklər nəzərə çarpır. Türkiyənin gücü artır, siyasəti daha konkretdir"
“Kəlbəcər istiqamətində baş verənlər də daxil olmaqla Ermənistanın son provakasiyalarının səbəbləri müxtəlif ola bilər”. Bunu “Şərq”ə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Ekspert bildirib ki, Ermənistanda önəmli bir neçə qrup 10 noyabr 2020-ci il razılaşmasına vaxtilə bizim 1994-cü il atəşkəsinə baxdığımız kimi baxır.
Onlar sənədi çətin vəziyyətdə müharibəni dayandıraraq vaxt udmaq vasitəsi kimi görürlər: “Dolayısıyla tam həlli və sülh atmosferinin yaranmasını istəmirlər. 27 sentyabr 2021-ci il tarixə qədərki mənzərəyə geri qayıdılmasını, “qeyri-müəyyənliyin” davam etməsini arzulayırlar. Fərqində deyillər ki, qeyri-müəyyənlik Ermənistanın əleyhinə, Ermənistandan istifadə edən güclərin isə xeyrinədir. Ümumiyyətlə, bölgədə marağı olan və bu maraqlar baxımından münaqişəni güclü təsir vasitəsi kimi görən, bu və digər səbəblərdən münaqişənin tam həllini arzulamayan kənar güclər var”.
Analitik vurğulayıb ki, Ermənistan böyük təxribatlardan çəkinir, çünki Azərbaycan tərəfi bunu cavabsız qoymaz:
“Ermənilər iddia edirlər ki, guya, Azərbaycan Ordusu müharibəni hələ dayandırmayıb və “erməni torpaqlarını işğal” etməkdə davam edir.
Düşünürlər ki, beləcə minimum itkiylə, itkisiz ya da bəlkə kiçik qazanclar yoluyla beynəlxalq ictimaiyyətin Azərbaycan üzərindəki təzyiqini artıra bilərik. Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etməsinə mane olaraq “tarixi fürsət” gözləyirlər.
Təbii ki, beynəlxalq və regional şəraiti dəyişməz qəbul etmək olmaz. Bu mənada taktikaları pis deyil. Amma şərtlər 1990-cı illərdən çox fərqlidir. Gedişat da hələ ki, fərqli yöndədir. Rusiyanın regiona baxışında müəyyən dəyişikliklər nəzərə çarpır. Türkiyənin gücü artır, siyasəti daha konkretdir.
Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla apararaq sabit xətlə güclənməsi, istənilən halda rasional davranmağa çalışması, siyasətini öz paytaxtında müəyyənləşdirməsi və s. amillər Ermənistanın yaxın və orta mərhələdə “yenidən işğalçılıq” imkanlarını məhdudlaşdırır”.
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm