"Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər vasitəsilə inkişaf edir və bu münasibətlərə töhfə verir".
Sherg.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
"Ölkələrimiz və xalqlarımız arasında dərin tarixi və dini köklər mövcuddur. Azərbaycan hər zaman İran–Azərbaycan münasibətlərinin dostluq istiqamətində olmasında maraqlıdır və bu barədə addımlar atılır. 2025-ci il bu baxımdan çox önəmli il olub”, - nazir bildirib.
Ceyhun Bayramov həmçinin bildirib ki, iki ölkə arasında İqtisadi Komissiyanın iclasları keçirilib: “İl ərzində mütəmadi kontaktlar mövcuddur və əlaqələr genişlənir. 2025-ci ilin ilk 10 ayında ticarət dövriyyəsi 520 milyon dollar civarında olub və bu istiqamətdə addımlar atılmaqdadır”.