Netanyahunun oğlu İsrail ordusunu “xəyanətdə” ittiham edib
Yusif Nəzərli
14:57 17.06.2024
Siyasət
483
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı ordunu və İsrail Daxili Təhlükəsizlik Agentliyi Şin-Beti (Şabak) “xəyanətdə” ittiham edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Sosial media hesabından açıqlama verən İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu 7 oktyabrla bağlı sərt açıqlamalar verib.
O, dünən İsrail Ali Məhkəməsinin "7 oktyabr uğursuzluqları" ilə bağlı istintaqı iyulda keçiriləcək iclasa qədər dayandırmaq qərarına reaksiya verib.
"Nəyi gizlətməyə çalışırlar? Əgər xəyanət yoxdursa, kənar və müstəqil tərəflərin araşdırmalarından niyə qorxurlar?" deyən Yair Netanyahu ayrıca "Oktyabrın 7-də Hərbi Hava Qüvvələri harada idi?" deyə soruşur.
Netanyahu iddia edib ki, Dövlət İstintaq Komitəsinə Ali Məhkəmənin hakimi rəhbərlik edir və buna görə də solçuları ört-basdır edən komitə kimi istifadə olunur.
Benyamin Netanyahu həmçinin oktyabrın 7-də baş verən hücumlarla bağlı “təhlükəsizlik və kəşfiyyat zəiflikləri”ndə İsrail ordusunu və Daxili Təhlükəsizlik Agentliyi Şin-Beti günahlandırıb.
İsrail Baş Qərargah rəisi Herzi Halevi və yüksək rütbəli hərbçilərin hücumlarla bağlı alınan “erkən xəbərdarlıqdan” xəbərsiz olduğu iddia edilib.
Ölkə mətbuatında Halevi və Cənub Komandanlığı səlahiyyətlilərinin sözügedən kəşfiyyat məlumatlarından günlər sonra xəbər tutduqları və təəccübləndikləri bildirilib.
İsraildə əvvəllər ölkə tarixində “ən sağçı hökumətə” qarşı çıxanlar Netanyahunun istefası və erkən seçkilərin keçirilməsi çağırışlarını artırırlar.
Digər tərəfdən, Netanyahu 2023-cü il oktyabrın 7-də HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən həyata keçirilən hücuma görə məsuliyyəti öz üzərinə götürməkdən yayındı və erkən seçki çağırışlarına qapını bağladı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya