Nikol Rusiyaya qarşı: öz qərarıdır? - Markedonov
Nikol Rusiyaya qarşı: öz qərarıdır? - Markedonov
Yusif Nəzərli
13:08 15.09.2023
Siyasət
437
Rusiya Prezidenti Putin və Ermənistanın Baş naziri Paşinyan demək olar ki, eyni vaxtda ikitərəfli münasibətləri və Qarabağdakı vəziyyəti dəyərləndiriblər. Onların bəyanatları Moskva ilə İrəvan arasında ziddiyyətlərin kəskinləşməsi fonunda səsləndi. Deyilənlərin mahiyyətini başa düşmək vacibdir. Rusiya Cənubi Qafqazdakı maraqlarını “inventarlaşdırır” və erməni tərəfinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. “Papadan daha böyük katolik” olmayın! Siz Qarabağı Azərbaycan ərazisi kimi tanıdınız, bəs onda məsuliyyəti niyə bizim üzərimizə atırsınız?
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
“İrəvan Paşinyanın ağzı ilə Rusiyanın bu ölkənin təhlükəsizliyinin müstəsna təminatçısı olması faktını şübhə altına alır. Bunu hiylə olmadan etmək olmaz. Kiçik ölkələr yalnız özlərinə arxalanaraq öz maraqlarını təmin edə bilməzlər. Bu o deməkdir ki, guya daha etibarlı müttəfiq tapmaq üçün İrəvanın xarici siyasətini yenidən istiqamətləndirmək təhlükəsi var. Bununla belə, “Qərbə dönüş” əvvəlcədən müəyyən edilməyib, çünki Qarabağ düyünündən əlavə, bir çox düyünlərin açılmasına ehtiyac var. Moskva olmadan bunu etmək çətindir. Üstəlik, keçmişdə artıq Rusiyanın Ermənistanı tərk etməsi presedentləri var idi. Nəticələr çox da təsiredici deyildi. Tarix heç kimə heç nə öyrətməsə də, düşünməli mıqamlar var. İstənilən halda Rusiya ilə Ermənistan arasında münasibətlər çətin mərhələyə qədəm qoyur. Çox şey tərəflərin bir-birinin problemlərini adekvat şəkildə başa düşməsindən və empatiya qura bilməsindən asılıdır. Əks halda itkilərin qarşısını almaq mümkün deyil”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm