Ombudsmandan Qərbi azərbaycanlılarla bağlı açıq məktub
08:14 15.01.2025
Siyasət
528
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına açıq məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, Ombudsman məktubunda beynəlxalq təşkilatları, xarici ölkələrin ombudsmanlarını və milli insan hüquqları təsisatlarını ikili standartlara yol vermədən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında Azərbaycana münasibətdə qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə dəvət edib.
Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti sözügedən problemin ədalətli həllinə nail olmaq məqsədilə qəti addımlar atmağa çağırıb.
O bildirib ki, Ermənistanın sabiq prezidentinin etiraflarında yer alan dəhşətli faktların araşdırılması istiqamətində beynəlxalq səviyyədə təsirli tədbirlərin görülməsi vacibdir. Həmçinin, Ermənistan tərəfindən azərbaycanlılara qarşı irqi və etnik-dini zəmində ayrı-seçkilik səbəbindən törədilmiş soyqırımı aktlarının tanınması, etnik təmizləməyə və deportasiyaya məruz qalmış soydaşlarımızın Qərbi Azərbaycana (indiki Ermənistana) - öz tarixi ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması, beləliklə də onların pozulmuş hüquqlarının tezliklə bərpa olunmasına dəstək göstərilməsi Ombudsmanın məktubunda qeyd edilib.
İnsan Hüquqları üzrə Müvəkkil beynəlxalq ictimaiyyətdən indiki Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı həyata keçirildikdən sonra onların beynəlxalq hüquq normalarında təsbit olunmuş bütün fundamental hüquq və azadlıqlarının qorunmasına təminat verilməsini də istəyib. Səbinə Əliyeva bununla bərabər azərbaycanlılara məxsus mülkiyyətin, o cümlədən müxtəlif təyinatlı torpaq sahələrinin sahiblərinə geri qaytarılması, onlara vurulmuş zərər və mülkiyyətdən istifadənin qarşısının alınması səbəbindən yaranmış itkilərlə əlaqədar kompensasiya ödənilməsi, mülkiyyət hüququnun bərpasından irəli gələn bütün xərclərin qarşılanması və digər zəruri tədbirlərin görülməsinin Ermənistan hökuməti tərəfindən təmin edilməsini müraciətində vurğulayıb.
Ombudsmanın məktubunda diqqətə çatdırılan vacib məsələlərdən biri də indiki Ermənistan ərazisində və işğal dövründə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində azərbaycanlılara məxsus mülklərin, tarixi-mədəni və dini abidələrin Ermənistan tərəfindən dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinə məruz qalmasının beynəlxalq cinayət kimi qiymətləndirilməsi və bununla bağlı zəruri addımlar atılmasıdır. O, Ermənistan hökumətindən azərbaycanlılara qarşı irqi, etnik-dini zəmində nifrət və ayrı-seçkiliyi təşviq edən əməllərdən çəkinmələri və xüsusilə də bu fəaliyyətə uşaqların cəlb olunmasına yol verilməsinin qarşısının alınmasını edib.
Səbinə Əliyeva xarici ölkələrin ombudsmanları və dünya ictimaiyyətinə müraciətində azərbaycanlılara qarşı nifrəti təbliğ edən və gənc nəslin formalaşdırılmasında istifadə olunan ədəbiyyatların qadağan edilməsini və dövlət nümayəndələrinin və siyasi xadimlərin azərbaycanlılara və Azərbaycana qarşı nifrət zəminində çıxışlarına son verilməsini də tələb edib.
Onun fikrincə, beynəlxalq insan hüquqları təşkilatları, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları təsisatları, bütövlükdə isə dünya ictimaiyyəti bu məsələyə ciddi yanaşacaq və Azərbaycanın ərazilərində törədilən cinayətlərin ədalətli şəkildə araşdırılmasına, həmçinin azərbaycanlıların hüquqlarının bərpasına öz dəstəyini əsirgəməyəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm