Ömər Faruk Azərbaycana qarşı çirkin kampaniyaya qoşulub
14:11 01.06.2024
Siyasət
562
O, maraqlansaydı və xoşniyyətli olsaydı, əsl həqiqəti üzə çıxara bilərdi
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında çıxış edərkən türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlunun Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə etirazını bildirib və onun ittihamlarına sərt cavab verib. Deputat vurğulayıb ki, türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlu Azərbaycan polisinin ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının hüquqlarını pozduğunu iddia edib və rəsmilərdən izahat istəyib: "Araşdırma aparmadan, bir nəfərin şikayəti əsasında belə ciddi ittihamla çıxış etmək bizim qardaşlıq münasibətlərinə sığmır. Qanunçuluğun keşiyində dayanan polisin imici dövlətin imicidir. Hazırda Azərbaycana qarşı düşmənçilik edən bəzi qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar bundan istifadə edib, sosial şəbəkələrdə ölkəmizin əleyhinə böyük bir kampaniya başladıblar. Bu cür çıxışlarla polisin, dövlətin beynəlxalq imicini korlamaqla ölkəyə investisiya qoyuluşunun qarşısını alırlar. Daxili işlər naziri azsaylı nazirlərdəndir ki, deputatların müraciətlərini şəxsi nəzarətə götürür və şəxsən cavab verir. Ömər Faruk maraqlansaydı və xoşniyyətli olsaydı, əsl həqiqəti üzə çıxara bilərdi. Çox təəssüf ki, o da Azərbaycana qarşı belə bir çirkin kampaniyaya qoşulub". Parlament üzvü Türkiyədə də azərbaycanlıların hüquqlarının pozulduğunu söyləyib: "Naxçıvandan bir tikə çörək dalınca Türkiyəyə pənah aparmış vətəndaşlarımızın qul kimi istismar olunmasına dair faktlar var. Xəstəxanalarda, ictimai iaşə obyektlərində, təhsildə vətəndaşlarımız ağlasığmaz dərəcədə aldadılır. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə əlaqə saxlamalı, belə fəaliyyətin pislənməsinə nail olmalıyıq”.
Məlumat üçün bildirək ki, Türkiyə parlamentində təmsil olan millət vəkili Ömər Faruk Gergerlioğlu DEM partiyasının (Xalqların Bərabərlik və Demokratiya Partiyası) üzvüdür. DEM partiyası terrorçu PKK-nın siyasi qanadı sayılır və separatizmə açıq dəstək verir. Bu partiya Türkiyə hökumətindən daim beynəlxalq təşkilatlara şikayət ünvanlayır, qardaş Türkiyənin düşmənləri ilə bərabər fəaliyyət göstərir. DEM 44 günlük Vətən savaşında da bəzi CHP millət vəkilləri ilə birlikdə erməni işğalçılarını dəstəkləyən açıq mövqe sərgilədilər. Xüsusən deputat Ömər Faruk Gergerlioğlu Azərbaycanın suverenliyinin bərpası əməliyyatında, Laçın dəhlizi ətrafında aparılan əməliyyatlar zamanı çıxışlarında açıq-aşkar erməni tərəfdarı olduğunu sübuta yetirdi. Türkiyənin bölünməsini istəyən və bunun üçün hətta Türkiyə və Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən DEM millət vəkilindən bundan artıq nə gözləmək olar?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya