
Ortaq planlar, ortaq hədəflər - RƏY
22:23 20.02.2024
Siyasət
357
Türkiyə və Azərbaycan bütün məsələlərdə çiyin-çiyinə hərəkət edəcək
Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Anlaşma Memorandumunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev Türkiyənin ovaxtkı milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü qəbul edərkən birgə universitetin yaradılması məsələsi də müzakirə olunub. Prezident həmin görüşdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını söyləyib. Oktyabr ayında isə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsi məqsədilə ölkəmizə səfər edib. Ekspertlər iki qardaş ölkənin ortaq ali təhsil ocağı yaratmasının əlamətdar hadisə olduğunu, təhsil sahəsində əməkdaşlığı dərinləşdirəcəyini vurğulayıblar.
Mühüm qərarı "Sherg.az"a dəyərləndirən Ankara Universitetinin professoru Toğrul İsmayıl ilk növbədə qeyd edib ki, Azərbaycan-Türkiyə arasında ortaq universitetin qurulması ilə bağlı anlaşma çox önəmlidir. Professorun sözlərinə görə, bu məsələ daha öncələr də gündəmə gətirilsə də, reallaşmamışdı:

"Amma bu dəfə rəsmi qərarla ortaq ali təhsil ocağının yaradılmasına qərar verildi. Şübhəsiz, qərar çərçivəsində iki ölkənin təhsil sahəsində iş birliyi və əməkdaşlıq daha da genişlənəcək. Azərbaycan-Türkiyə adlı universitetin yaradılmasının özü xüsusi məna daşıyır. Türkiyə və Azərbaycan öz təcrübələrini digər sahələrlə yanaşı, elm və təhsil sahəsində də ortaq tətbiq etməsi və təhsili dünya səviyyəsinə çatdırması olduqca vacibdir. Ortaq universitet bu istiqamətdə yeni təşəbbüs olacaq. Qeyd edim ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması barədə mənim də təkliflərim olub. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda ortaq universitetinin yaradılmasını gündəmə gətirmişdim. Əgər təklif olarsa, bizə də iş düşərsə, Türkiyədə fəaliyyət göstərən alim və professor kimi buna töhfə verə biləcəyimi demişdim. Ümumən, Azərbaycan-Türkiyə və Qarabağ universitetlərinin yaradılması, digər ölkələrlə ortaq ali təhsil ocaqlarının qurulması Azərbaycanda elm və təhsilin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bəllidir ki, Türkiyə universitetlərində təhsilin keyfiyyəti, tədris prosesinin səviyyəsi yüksəkdir. Bu təcrübələrin Azərbaycanda da tətbiq olunmasına ehtiyac var".
T.İsmayıl Azərbaycan Prezidenti İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsinə də münasibət bildirib və bunun normallaşmış diplomatik prosedur olduğunu deyib. Türkiyə Azərbaycanın ən önəmli müttəfiqidir və ona görə də Azərbaycan dövlət başçısı hər dəfə prezident seçildikdən sonra ilk ziyarətini Türkiyəyə edib. Eyni şəkildə də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan da seçildikdən sonra xarici səfərlərə Azərbaycanla başlayır, sonra Şimali Kıbrıs Türk Cümhuriyyətinə gedir. Prezident İlham Əliyevin Ankaraya sonuncu səfəri çox anlamlı və mənalı idi. Müstəqillikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində seçkilər keçirilirdi. Bu çox önəmli strateji məsələdir. Cənab Ərdoğan da bu məqama toxundu və vurğuladı ki, bütün məsələlərdə Azərbaycanla çiyin-çiyinə hərəkət ediləcək. Türkiyə lideri AŞPA-da Azərbaycana tam dəstək verdiyini, Bakıya qarşı addımların ədalətsiz olduğunu və məsələnin müsbət həlli üçün çalışacağını vurğuladı. İki ölkə arasında ticarət həcminin ilk dəfə 7.5 milyard dollara qədər yüksəldiyini söylədi və hədəfin 15 milyard dollar olduğunu dedi. Şuşa Bəyannaməsinin ortaya qoyduğu ruhla yola davam ediləcəyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndiriləcəyi söyləndi. Türkiyə və Azərbaycan hər sahədə münasibətlərini inkişaf etdirir".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Xəbər lenti
Hamısına bax
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə
Aspirin ən təhlükəli insulta səbəb ola bilər
12:15 25.08.2026
Sağlamlıq
Rusiyadan Ermənistana xəbərdarlıq: Bədəli ağır olacaq
11:57 25.08.2026
Gündəm
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
11:37 25.08.2026
Hadisə
Rusiyada yeni səfərbərlik olmayacaq - Peskov
10:45 25.08.2026
Dünya
Robert Köçəryan və oğlu saxlanıldı - YENİLƏNDİ
10:34 25.08.2026
Region
"Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb
10:30 25.08.2026
Media
Ali Məhkəmə sələmçilərə xəbərdarlıq edib
10:29 25.08.2026
Cəmiyyət
Azərbaycana turist axını 9 %-dən çox azalıb
10:06 25.08.2026
Cəmiyyət
Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi
10:01 25.08.2026
Hadisə
Azərbaycan neftinin qiyməti 95 dollara enib
09:34 25.08.2026
İqtisadiyyat
Robert Köçəryan saxlanıldı
09:21 25.08.2026
Region
Qızılın qiyməti 4 750 dolları ötüb
08:44 25.08.2026
İqtisadiyyat