Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl sosial mediada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan yunan jurnalistə sərt reaksiya verib.
Axar.az xəbər verir ki, bu barədə o, partiyasının toplantısındakı çıxışında danışıb.
“Kənardan biri gəlib Maduronun qaçırılmasının fotosunu süni intellekt vasitəsilə Ərdoğanla hazırlayıb. Yunanıstanın özünü və həddini bilməyən bir jurnalist isə bu fotodan istifadə edərək, “Ərdoğanı da belə aparacaqlar” yazıb.
Burada dayan! Əgər kimsə nəinki Türkiyə prezidentini, hətta bir vətəndaşı belə Prezident Sarayının qarşısından götürməyə cəsarət edərsə, qarşısında bizi görəcək”, - Özəl qeyd edib.