Özgür Özəl: ABŞ İsrailə qarşı öz vətəndaşlarının hüquqlarını belə qoruya bilmədi
Özgür Özəl: ABŞ İsrailə qarşı öz vətəndaşlarının hüquqlarını belə qoruya bilmədi
Yusif Nəzərli
22:13 25.09.2024
Siyasət
343
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl dünyanın Fələstindəki qırğınlara kifayət qədər reaksiya vermədiyini bildirib. Özəl Qəzzada 41 mindən çox insanın öldürüldüyünü, onların yarıdan çoxunun qadın və uşaq olduğunu qeyd edib. Özəl ABŞ-ın İsrailə qarşı öldürülən türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin hüquqlarını belə qoruya bilmədiyini bildirib.
İordan çayının qərb sahilindəki etirazlar zamanı türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail əsgərləri tərəfindən öldürüldüyünü xatırladan Özəl, “ABŞ rəhbərliyi İsrailə qarşı öz vətəndaşlarının hüquqlarını belə qoruya bilmədi. Çağırışımız ondan ibarətdir ki, onlar bu passiv münasibətə və bəhanələrə son qoymalı və Ayşenura qarşı öhdəliklərini yerinə yetirməlidir”- deyib.
Sosialist İnternasionalını Ayşenur və onun kimiləri dəstəkləməyə çağıran Özəl dünyanın Fələstindəki qırğınlara adekvat reaksiya vermədiyini vurğulayıb.
Özəl, hər şeyə baxmayaraq, Avropada bəzi dövlətlər tərəfindən Fələstinin dövlət kimi tanınmasının ümidverici bir hadisə olduğunu qeyd edib. O, deyib ki, Qəzzada dərhal atəşkəs olmalı, girovlar azad edilməli, humanitar yardımların keçməsi və müharibənin qarşısının alınması üçün Sosialist İnternasionalının aktiv təşəbbüslər göstərməsi lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm