Özgür Özəl CHP-dən istefa etdi, YENİ Partiyanı qurdu

Türkiyədə CHP-nin TBMM-dəki qrup sədri Özgür Özəl YENİ Partiyanın təsis sənədlərini imzalayaraq partiyadan istefa verib.

Mətbuat xidmətinin yaydığı məlumata görə, Özəllə birlikdə 91 millət vəkili də CHP sıralarını tərk edərək YENİ Partiyanın Qurucular Şurasına qoşulub. Partiyanın təsis sənədlərinin gün ərzində Türkiyə Daxili İşlər Nazirliyi-nə təqdim ediləcəyi gözlənilir.

Özgür Özəl sənədləri imzaladıqdan sonra "Vətənimizə, millətimizə xeyirli olsun" deyə bildirib. Yeni partiyanın yaradılması ilə Türkiyə Böyük Millət Məclisində mandat bölgüsünün və siyasi balansın dəyişəcəyi qeyd olunur.