
Parlamentari: Azərbaycanın Ukraynaya dəstəyi davamlı və ardıcıl xarakter daşıyır
09:47 12.02.2025
Siyasət
508
Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi 12 fevral 2025-ci il tarixində Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Sözügedən humanitar dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən həyata keçirilib.
Yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və onun birinci hissəsi 7 fevral 2025-ci il tarixində göndərilib.
Sərəncam çərçivəsində iki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.
Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən avadanlıqlar müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib.
Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başladığı andan etibarən Azərbaycan bu ölkənin ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə tanıyıb:

"Rəsmi Bakı müharibənin fəsadlarını yüngülləşdirmək və Ukrayna xalqına dəstək olmaq məqsədilə müxtəlif səviyyələrdə genişmiqyaslı humanitar yardımlar həyata keçirib və bu proses hələ də davam edir.
Azərbaycanın göstərdiyi yardım bir neçə istiqamətdə təşkil olunub. Tibbi ləvazimatlar, ərzaq məhsulları, əsas həyat ehtiyacları, enerji təminatı və digər vacib resurslar Ukraynaya göndərilib. Bundan əlavə, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə əlavə olaraq bir milyon manat həcmində yardım ayrılıb ki, bu da Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyin davamlı və ardıcıl xarakter daşıdığını nümayiş etdirir. Eyni zamanda biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə dəstəkləyirik. Bu ölkənin dinc sakinlərinə, xüsusilə müharibədən ən çox əziyyət çəkən uşaqlara, qadınlara və bombardmanların hədəfinə çevrilmiş günahsız mülki vətəndaşlara mütəmadi olaraq humanitar yardım göstəririk. Azərbaycanın humanist siyasəti çərçivəsində bu cür dəstək tədbirləri gələcəkdə də davam etdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət