Parlamentari: Qələbəmizin əsas müəllifi Prezident İlham Əliyevdir
12:00 19.03.2025
Siyasət
516
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb:
"Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, son 5 ildir ki, xalqımız qürurla başını dik tutaraq işğaldan azad olunmuş torpaqlarda Novruz bayramını qeyd edir:
“Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il Novruz bayramında işğaldan azad olunmuş torpaqlarda bayram tonqalları yandırır. Əslində bu, arzularımızın Uca Yaradanımız tərəfindən qəbul olunmasıdır. Çünki, uzun illər tonqalımızı Cıdır düzündə yandırnmaq, bayram əhavl-ruhiyyəmizi işağdan azad olunmuş ərazilərdə yaşatmaq arzusu ilə yaşayırdıq. Bu gün isə bayram tonqallarımız, Şuşada, Suqovuşanda, Talışda, Xankəndində , Həsənrizdə alovlanır. Bu, həm də uzun illər düşmənlərin əsarətində boz ərazilərə çevrilmiş yerlərin yenidən qızması deməkdir. Bəli, bu şərəfə xalqımızın həmrəyliyi və ordumuzun gücü vasitəsilə nail olduq. Amma qələbəmizin və işğaldan azad olunumuş ərazilərin yenidən cənnətə çevrilməsinin yeganə müəllifi nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevidir. Məhz dövlət başçımızın rəhbərliyi altdında güclü iqtisadiyyatımızı, ordumuzu qura bildik. Xalq içində həmrəylik daha da möhkəmləndirildi, öz canını vətən uğrunda verməyinə hazır gənc nəsil yetişdirildi. Azərbaycanın haqq səsini bütün dünyaya qəbul etdirdi. Məhz dövlət başçımızın rəhbərliyi altında cəmi 44 gündə torpaqlarımız işğaldan azad olundu. Cəmi 24 saatdan az bir vaxtda isə erməni separatizmin yuvası dağıdıldı, kökü kəsildi. Bakıya tankla gəlib çay içmək arzusunda olanları tanklarla birlikdə gətirilərək istintaq təcridxanasında çayını içirdilir. Xalqımız bu gün xoşbəxtdir. Ölkəmizin suverənliyi və təhlükəsizliyi təmin olunmuşdur. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bəli, bayramlarımızı yüksək əhval ruyyə ilə qeyd edirik. Fürsətdən istifadə edərək xalqımızı bu gözəl bayramlar münasibətilə təbrik edir, can sağlığı və firavanlıq arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya