Paşinyan anlayır! – “Qərar verə bilməsələr, 2020-ci il müharibəsinin təkrarı...”
Yusif Nəzərli
11:15 15.04.2022
Siyasət
1408
“Konkret olaraq bildirir ki, əsas mahiyyət sülhə hazırlaşmaqdır”
“Amma daxili faktorlar buna imkan vermir. Ermənistanda çox güclü müxalifət var”
“Ermənistan bloku” Robert Koçarayan rəhbərliyi ilə toplanıb. Masada müxtəlif ssenarilər var: Paşinyanın devrilməsi, terror, sərhəddə atəşkəsin pozulması, mitinqlər, müxtəlif diversiya hərəkətləri, anti-Paşinyan dinamitlərinin hərəkətə gətirilməsi və.s”
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. O, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır.
“İfadəmə görə üzr istəyirəm, biz yol açırıq ki, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibə olub-olmayacağına qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz bir ölkəyik, axur yox. Biz müxtəlif yerlərdə bizi neçə dəfə və necə kəsəcəklərinə və ya bağışlayacaqlarına qərar verəcəkləri qurbanlıq qoyun deyilik, biz vətəndaşıq”.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Nikol Paşinyanın bu açıqlamasını “Sherg.az”a şərh edib. Onun sözlərinə görə, Paşinyan imza atmaq ərəfəsindədir:
“Amma daxili faktorlar buna imkan vermir. Ermənistanda çox güclü müxalifət var. O cümlədən, revanşistlər və separatçılar onu təhdid edirlər. Bütün bunlar nəyə gətirib çıxara bilər? “Ermənistan bloku” Robert Koçarayan rəhbərliyi ilə toplanıb.
Masada müxtəlif ssenarilər var: Paşinyanın devrilməsi, terror, sərhəddə atəşkəsin pozulması, mitinqlər, müxtəlif diversiya hərəkətləri, anti-Paşinyan dinamitlərinin hərəkətə gətirilməsi və.s Bütün bunların hamısı onu göstərir ki, Nikol Paşinyan indiki vəziyyətdə Ermənistanın qurbanlıq qoyun olduğunu anlatmaq istəyir.
O, hesab edir ki, qərar verə bilməsələr, 2020-ci il müharibəsinin təkrarı yaşana bilər. Konkret olaraq bildirir ki, əsas mahiyyət sülhə hazırlaşmaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı