Paşinyan basqılara boyun əymədi
00:41 19.03.2021
Siyasət
651
Baş nazir seçkilərə gedir və özünə əmindir
Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, dünən “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qagik Tsarukyan ilə görüşüb. Tərəflər mövcud daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolunu erkən parlament seçkilərinin keçirilməsində görüblər.
Məsələni şərh edən politoloq Şahin Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Paşinyanın bu addımını doğru hesab edir:
"Bu, doğru qərardır. Paşinyanın siyasi böhranı yaxşı idarə etdiyini düşünürəm. Ter-Petrosyan kimi zəiflik göstərmədi və basqılara boyun əymədi".
Politoloq qeyd edib ki, təbii ki, dəyişən şərtlərin, nəsil dəyişikliyinin, yeni reallıqların da ciddi rolu var: "Belə görünür ki, erməni xalqının əksəriyyəti artıq qan, gözyaşı istəmir. Və Qarabağ sevdasının onlara yalnız bədbəxtlik gətirdiyini başa düşüb. Müxalifət adına meydana çıxan köhnələr yenə eyni mövqe, eyni şüarlarla xalqı bu çuxurun içində saxlamağa çalışırlar. Hesab edirəm ki, Ermənistanda pis-yaxşı ortaya vizyon qoyan və xalqa normal gələcək vəd edən yeganə lider Nikol Paşinyandır".
Siyasi-şərhçi Elçin Alıoğlu isə baş verənlərin ilk baxışdan absurd qərar olduğunu deyib:
"Erməni müxalifəti zəifdir. Bütün qışqırtılara, "Telegram" kanallarında və "Facebook" səhifələrindəki çağırışlara rəğmən vətəndaşların kütləvi dəstəyinə malik deyil. Yəni indiki məqamda seçkilər keçirmək Paşinyan üçün əlverişlidir. Paşinyan özünə əmindir və qələbəsinə şübhə etmir. Təbii ki, hər şey 3 aydan sonra bilinəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə