“Paşinyan İranın Azərbaycana xəyanətini açıb ortaya qoydu”
Yusif Nəzərli
12:13 04.10.2021
Siyasət
586
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib.
Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.
Paşinyan qeyri-stabil siyasətçi olduğu üçün tez-tez fikirlərini dəyişdiyini vurğulayan siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidenti hətta müharibənin gedişində belə öz şərtlərini irəli sürmüşdü:
“Yəni Azərbaycan bu şərtlər daxilində hər cür danışıqlara hazırdır. Ermənistan yavaş-yavaş çox şeyi dərk edir. Paşinyanın vəziyyəti kifayət qədər gərgindir. Hətta yenidən seçilsə belə, “Qarabağ klanı”, daşnaksütyun və digər terrorçu qrupları Ermənistanı şantaj edəcək. Rəsmi İrəvanın əsas məqsədi Azərbaycanla olan konfrontasiyanı davam etdirməkdir. Paşinyan isə artıq başa düşür ki, hər şeyin bir həddi var. Ermənistan bir dövlət kimi süqut etmək üzrədir. Ona görə də baş nazir bu tip bəyanatlar verir”.
Politoloqun sözlərinə görə, Azərbaycan danışıqlara hər zaman hazırdır və ölkəmiz öz tələblərini irəli sürüb:
“Ermənistan ərazi bütövlüyümüzü tanımalıdır, həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələ gündəmdədir. Azərbaycan “3+3” adlı yeni formatı gündəmə gətirib. Ermənistan həmin formatdan yararlana bilər. Çünki İran Ermənistanı sərbəst addım atmağa qoymur, dəfələrlə Ermənistanı şantaj edib və bu gün də həmin siyasətini davam etdirir. İran Azərbaycan dövlətinə olan nifrətini gizlədə bilmir. Fars şovnizmi və molla rejimi bütün niyyətini ortaya qoyub və Ermənistanla birgə fəaliyyət göstərirlər. Lakin Paşinyana “sağ ol” düşür, o, boynuna aldı ki, İranın etdiklərini yaddan çıxara bilmərik və İran son 30 ildə həyat yolumuz olub, biz blokadada olduğumuz zaman hər şeyi bu dövlət edib. Yəni Paşinyan bir növ özünü axmaq yerinə qoymaqla əslində çox ustalıqla İranın xarici siyasətinin Azərbaycana olan xəyanətini açıb ortaya qoydu”.
Paşinyanın İlham Əliyevlə danışıqlara hazır olduğuna dair səsləndirdiyi bəyanata gəlincə, C.Nuriyev qeyd edib ki, Azərbaycan öz şərtlərini irəli sürməlidir:
“Üçtərəfli bəyanatdan sonra keçmiş “Dağlıq Qarabağ”ın bütün hüquqi sənədlərinin heç bir gücü qalmır. Çünki ermənilər “Dağlıq Qarabağ”la bağlı çoxsaylı qeyri-qanuni sənədlər qəbul ediblər. Qarabağda olan ermənilər cənab Prezidentin dediyini edəcəklərsə, ərazilərimizdə yaşamaq hüququna sahib olacaqlar. Ümumilikdə isə Paşinyanın atdığı pozitiv addımlar alqışlanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi