Paşinyan istefa verəcək? – AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
08:38 27.02.2021
Siyasət
744
Ermənistan baş naziri Nikol Paşinyanı kəndir üzərində gəzən hoqqabaza bənzətsək, yəqin, yanılmarıq. Nə qədər ehtiyatlı, kiçik addımlar atsa da, hələlik yıxılmır. Amma ip getdikcə nazilir və baş nazirin vəziyyəti çətinləşir...
Düşmən ölkədəki aksiyalar getdikcə artır. Sonuncu belə mitinq bir neçə gün əvvəl oldu. Çoxları Paşinyanın “dəfn olunacağını” gözləyirdi. Lakin o, hələ də hakimiyyətdədir. Müxalifət, o cümlədən “Qarabağ klanı” bütün imkanları ilə Paşinyanın gəzdiyi kəndiri kəsib, onu boğazına dolamağa çalışsalar da, hələlik nəyəsə nail ola bilməyiblər. Deyəsən, Paşinyan heç də göründüyü kimi axmaq deyil. Hətta bəzən sərsəm bəyanatlar səsləndirsə belə...
Ermənistandakı situasiyanı “Sherg.az”a təhlil edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmləri doktoru Sabir Məmmədlinin sözlərinə görə, hazırkı iqtidar “son nəfəsinədək” mübarizə aparacaq:
“Əvvəla onu deyim ki, son aksiya heç də hərbi çevriliş deyildi. Çünki hərbçilərin fəaliyyətinə rast gəlinmədi. Nə baş nazir həbs edildi, nə də hansısa hökumət binası, o cümlədən parlament nəzarətə alındı. Sadəcə baş qərargah rəisi itaətsizlik göstərdi. İndi nə etmək barədə qərar vermək üçün prezident Armen Sarkisyanın bir neçə gün vaxtı var. Hər halda proseslər Paşinyanın axıradək mübarizə aparacağını göstərir. Onun tərəfdarlarını mitinqə çıxarması təslim olmaq barədə düşünmədiyinin təzahürüdür. Əslində istefa vermək fikrinin olmadığını özü də dedi. Yəni Paşinyan müxalifətin təqdim etdiyi qədər zəif ziyasi fiqur deyil”.
S.Məmmədlinin sözlərinə görə, hazırkı iqtidar hələ bir müddət dəyişməyəcək:
“Müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Türkiyə, ABŞ, İran, Rusiya Ermənistandakı hadisələrlə bağlı bəyanat verərək bildirdilər ki, proseslər ancaq konstitusion qaydalar çərçivəsində həllini tapa bilər. Kreml Paşinyanı cəzalandırmaq istəyir. Buna baxmayaraq, onun hakimiyyətdə qalmasında maraqlıdır. Paşinyanın istefa verəcəyini və ya hansısa hərbi çevrilişin olacağını düşünmürəm. Proseslər tədircən səngiyəcək, ziddiyyətlər aradan qalxacaq. Kənardan nə qədər xaotik görünsə də, əslində daxili tarazlıq hələ ki, qorunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya