“Dəmiryol rabitəsi MDB tərəfindən təsdiqlənmiş müqavilələr çərçivəsində hərəkət üçün beynəlxalq standartlara uyğun olmalıdır”. Paşinyan Ermənistan və Azərbaycanın MDB sazişlərindəki bir sıra məsələlərdə “xüsusi fikir və qeyd-şərtləri” olduğunu da qeyd edib. O, yük daşınması prosesinə başlamaq üçün qeyd olunan rezervasyonların geri götürülə biləcəyini istisna etməyib. Məlumat üçün bildirək ki, regional kommunikasiyaların bərpası 10 noyabr üçtərəfli sazişi ilə yanaşı, 11 yanvar 2021-ci il Moskva danışıqlarından sonra imzalanan birgə bəyanatda da əksini tapıb.
Paşinyan olacaqların siqnalını verir
Turan
09:28 01.06.2021
Siyasət
581
"İlkin mərhələdə Azərbaycanla Naxçıvanı birləşdirən dəmiryol xətti bərpa olunmalıdır"
"Baş nazir revanşistlərdən fərqli olaraq başa düşür ki, Azərbaycanın gündəmə gətirdiyi müasir reallıqları qəbul etmək yeganə variantdır"
Ermənistan Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan tərəfdarları ilə görüşündə müharibədən sonrakı regional əməkdaşlıq barədə danışıb. Paşinyan bildirib ki, bölgədə nəqliyyat kommunikasiyalarının bərpası dedikdə fəaliyyət göstərən dəmiryol xəttinin açılması nəzərdə tutulur. Onun sözlərinə görə, burada söhbət sovet illərində fəaliyyət göstərən avtomobil yollarından getmir. Paşinyan vurğulayıb ki, Ermənistan üçün prioritet dəmiryol xətlərinin bərpası və yenidən açılmasıdır:
“Dəmiryol rabitəsi MDB tərəfindən təsdiqlənmiş müqavilələr çərçivəsində hərəkət üçün beynəlxalq standartlara uyğun olmalıdır”. Paşinyan Ermənistan və Azərbaycanın MDB sazişlərindəki bir sıra məsələlərdə “xüsusi fikir və qeyd-şərtləri” olduğunu da qeyd edib. O, yük daşınması prosesinə başlamaq üçün qeyd olunan rezervasyonların geri götürülə biləcəyini istisna etməyib. Məlumat üçün bildirək ki, regional kommunikasiyaların bərpası 10 noyabr üçtərəfli sazişi ilə yanaşı, 11 yanvar 2021-ci il Moskva danışıqlarından sonra imzalanan birgə bəyanatda da əksini tapıb.
Paşinyanın nəqliyyatla bağlı ifadələrini “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev deyib ki, onun seçki öncəsi bu cür çıxışlar etməsi bəzi versiyaları gündəmə gətirir. Analitikin fikrincə, bir sıra ekspertlər hesab edirlər ki, Paşinyan öz prestijini artırmaq, revanşist qüvvələrin əleyhinə olan erməniləri tərəfinə çəkmək üçün bu cür bəyanatlar səsləndirir:
“Lakin reallıq odur ki, Ermənistanın, o cümlədən Paşinyanın regional əməkdaşlığa razı olmaqdan və xalqı buna inandırmaqdan başqa çıxış yolu yoxdur. Həm 10 noyabr, həm də 11 yanvar üçtərəfli sazişlərində kommunikasiyaların bərpası əsas tələblərdəndir. İlkin mərhələdə Azərbaycanla Naxçıvanı birləşdirən dəmiryol xətti bərpa olunmalıdır. Bu, Paşinyanın iradəsi, onun razılığının olub-olmaması ilə əlaqəli deyil. Müqavilədə üç tərəfin, ələlxüsus Rusiya rəhbərinin imzası var. Bundan geri dönüş yoxdur. Paşinyan reallıqda istəməsə belə seçkidə qalib olduqdan sonra üzərinə götürdüyü öhdəliklərə əməl etmək məcburiyyətindədir”.
T.Rzayev vurğulayıb ki, Ermənistanın regional layihələrdən kənarda qalması onsuz da bərbad olan iqtisadiyyatını tamamilə çökdürəcək:
“Paşinyan revanşistlərdən fərqli olaraq başa düşür ki, Azərbaycanın gündəmə gətirdiyi müasir reallıqları qəbul etmək yeganə variantdır. Əlbəttə, İrəvan üçün ən optimal çıxış yolu bölgə ölkələriylə normal əlaqə qurmaqdan keçir. Bu, Ermənistanın və erməni xalqının rifahı deməkdir. Bunu dərk etməsələr və dirəniş göstərsələr belə Azərbaycan öz istəklərinə zor gücünə nail olacaq. İlk növbədə dəmiryol nəqliyyatının bərpası nəzərdə tutulur. Dəmiryol nəqliyyatı işə düşəndən sonra uğurlu olub-olmamasına baxılacaq. Əgər Ermənistan da prosesə adaptasiya olsa, sonrakı dönəmlərdə digər nəqliyyat vasitələri ilə bağlı müzakirələr aparılacaq. Paşinyan məhz bunun siqnalını verir”.
Xəbər lenti
Hamısına bax
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət