Paşinyan orduya nəzarət edə bilmir!- “Bu sistem Moskvanın adamları ilə doludur”
Turan
09:34 29.05.2021
Siyasət
584
“Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələr çox təhlükəlidir”.
“Sherg.az” xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, indi Ermənistan tərəfdə baş verən bütün hadisələr bir məqsədə - 20 iyun seçkilərinə hesablanıb:
“Paşinyanın da, rəqiblərinin də hər sözü, hər addımı seçkilər prizmasına görədir. Görünən odur ki, Paşinyan nə orduda, nə də təhlükəsizlik sistemində tam söz sahibidir. Bu strukturlara tam nəzarət edə bilmir, bu orqanlar "Qarabağ klanının", daha çox isə Moskvanın adamları ilə doludur.
Nikolun rəqibləri sərhəddə gərginlik yaratmaqla, "ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır" görüntüsü yaratmaq istəyirlər. Çox təhlükəli vəziyyətdir. Sərhəddə olan əsgərlərimiz diqqətli olmalıdır. Ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oynayacaq ki, kimsə dözməsin, silah çəksin, bir neçə nəfər Ermənistan əsgərini öldürsün. Məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaqlar”.
Siyasi şərhçiyə görə, son hadisələr bir daha göstərdi ki, tezliklə sərhədlərin dəqiqləşdirilməsi məsələsi başa çatmalıdır:
“Ermənistanla sərhədimiz istehkamlara çevrilməlidir. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kəsin ağlından revanşist fikirlər keçməməli, sərhəddə quracağımız təhlükəsizlik sistemi dünyada ən yaxşılardan olmalıdır. İşimiz çoxdur, 400 km-dən çox Ermənistanla yeni sərhəd zolağımız yaranıb. Hələ İranla da 130 km-dən çox işğaldan azad edilmiş sərhəd xəttimizi möhkəmləndirməliyik”.
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm