
Paşinyan özü mövcud reallığı başa düşür - Politoloq
00:28 21.02.2024
Siyasət
513
Münxendə keçirilən görüşdə aparılan müzakirələr və müəyyən razılaşmalar da bunu göstərir
Erməni ekspertlər iddia edirlər ki, Nikol Paşinyan Münxendə erməni icması ilə görüşündə sülh prosesinin iflasa uğradığını etiraf edib. O deyib ki, əldə edilmiş razılaşmalara əməl olunarsa, bu, sərhəddəki gərginliyin azalmasına töhfə verəcək. Erməni ekspert Oskan Sərkisyan da bildirib ki, sülhlə bağlı heç bir zəmanət yoxdur: "Paşinyan bildirib ki, sülh müqaviləsinin bir sıra maddələri razılaşdırılıb, bir sıra açıq maddələr prinsipial əhəmiyyət kəsb edir, hələ də razılıq yoxdur. Uğursuz liderlər istefa verirlər, amma bu, Nikol Paşinyana aid deyil, o, Ermənistanı cəhənnəmə aparacağını bəyan etdi, başa düşün, cəhənnəmə”.
Erməni cəmiyyətində səslənən fikirləri "Sherg.az"a təhlil edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib ki, erməni ictimaiyyətində artıq belə fikir oturuşub ki, yaxın zamanlarda Nikol Paşinyan Azərbaycanın təkliflərini qəbul edərək sülh müqaviləsinə imza atacaq. Ekspertin sözlərinə görə, bu düşüncə demək olar ki, erməni cəmiyyətində özünə yer edib:

"Amma bu reallığı qəbul etməyin iki forması var. Birinci kəsim düşünür ki, bəli, sülhdən başqa yol yoxdur və Ermənistan gec-tez qonşularla normal əməkdaşlığa başlamalıdır. Amma digər qisim isə hesab edir ki, Paşinyanın yolu yanlışdır və Ermənistanı məhvə aparır. Yəni baş nazirə haqq verənlərlə bərabər, onu sərt qınayanlar da var. Paşinyan özü mövcud reallığı başa düşür. Münhendə keçirilən görüşdə aparılan müzakirələr və müəyyən razılaşmalar da bunu göstərir. Ermənistanda Paşinyanı uğursuz siyasətçi adlandıranlar, onun istefasını tələb edənlər keçmiş dönəmdə hakimiyyətdə olanlar və onlara yaxın qüvvələrdir. O baxımdan bu gün İrəvan hökumətini devirməyə çalışanların, "Paşinyan ölkəni uçuruma aparır" hay-küyü edənlərin qayəsi heç də dövlətçilik, milli maraqlar deyil. Onlar daha çox kənar güclərin maraqlarını, öz şəxsi mənfəətlərini güdürlər. Paşinyan dərk edir ki, nə qədər yubansa da, Bakının haqlı tələblərini qəbul etməli və sülh sazişini imzalamalıdır. Əlbəttə, bu, o anlama gəlmir ki, baş nazir bütün işləri qısa zamanda yekunlaşdıracaq. Proseslər o zaman müsbət nəticə verəcək ki, yekunda sülh müqaviləsi imzalanacaq. Ancaq ara-sıra səslənən revanşist fikirlərin Paşinyan hökumətinin addımlarına ciddi yön verəcəyini düşünmürəm. Belə açıqlamalar hadisələrin təbii axarını dəyişmək gücündə deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region