Paşinyana qəzəb: Yolu kəsilir, şəhərə buraxılmır, məzara... – VİDEO
Fidan Həmişəyeva
13:57 21.04.2021
Siyasət
617
Əhməd Əlili:“Sünikdəki ermənilər birdən-birə Azərbaycanla sərhəddə olduqlarını gördülər”
“Məhz bundan sonra Paşinyan erməni əhalisinin qəzəbinə tuş gəlib”
Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətində etiraz aksiyası ilə qarşılanıb. Etirazçılar onun olduğu avtomobilin yolunu bağlayıblar.Baş nazir aksiyaçılarla söz güləşinə çıxıb.
Ermənistan mətbuatının xəbərinə görə, Mehridə yüzlərlə insan Paşinyanı “xain”, “türk”, “kapitulyator” qışqırıqları ilə qarşılayıb. Paşinyan buna cavab olaraq Sünik sakinlərinə ürəyindən keçənləri deyib:
“Ara, kapitulyant özünüzsünüz!”.
Kacaran sakinləri də Paşinyanı şəhərə buraxmayıblar. Bu barədə “Telegram”ın erməni seqmentində video yayımlanıb.İnsanlar Paşinyanın gəlişinə etiraz edərək onun şəhərə girişinə mane olublar.
Xatırladaq ki, baş nazir bu yaxınlarda Vayosdzor bölgəsinə səfəri zamanı ikinci Qarabağ müharibəsində ölən əsgərlərin məzarlarını da ziyarət etmək istəyib. Lakin qəbiristanlıqda olan əsgər yaxınlarından biri Paşinyana məzarın üzərinə gül qoymağa icazə verməyib:
“Bu, qardaşımın məzarıdır. Mənim buna haqqım var. Sizə icazə vermirəm”.
Ermənilərin Paşinyana qəzəbi barədə “Sherg.az”a danışan politoloq Əhməd Əlili bildirib ki, Sünik vilayətində yaşayan ermənilər birdən-birə Azərbaycanla sərhəddə olduqlarını gördülər. Məhz bundan sonra Paşinyan erməni əhalisinin qəzəbinə tuş gəlib:
“Sovet hakimiyyəti illərində ümumi sərhədlər var idisə, hazırda Sünik həm Naxçıvan, həm də Azərbaycanın sərhədyanı ərazisinə çevrilib . Bu da ermənilərin böyük narazılığına səbəb oldu. Ermənistanda keçirilən mitinqlərə toplanan insanların böyük qismi Sünik vilayətində yaşayanlar idi”.
Analitik qeyd edib ki, Paşinyanın etirazçıları “kapitulyant” adlandırmasının bir səbəbi var:
“Baş nazir gözləyirdi ki, insanların böyük qismi özünümüdafiə dəstələrində toplanıb döyüşlərdə iştirak etməli idilər. Amma bəlli oldu ki, Ermənistanda diversantların sayı gözləniləndən qat-qat çox idi. Ona görə də Sünik əhalisi “məğlubiyyətin günahı kimdədir?” sualı zamanı Paşinyanı ittiham edirlər.
Paşinyan isə özünümüdafiə dəstələrində iştirak etməyən yerli və Sünik, Zəngəzur əhalisini günahlandırır. Nəzərə almaq lazımdır ki, dünən Prezident İlham Əliyev Zəngəzuru Azərbaycan torpaqları adlandırıb və vətəndaşlarımızın ora qayıtmasını qeyd edib.
Əlbəttə ki, bütün bunlar Sünikdə yaşayan ermənilərdə emosiyallığa səbəb olub . Nəticədə Paşinyanın ora səfəri zamanı əhali qəzəbini saxlaya bilməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm