Paşinyandan "diplomatik həmlə": "Rusiya Azərbaycanın da düşməni deyil”
Banuçiçək Kalbalıyeva
06:46 22.03.2021
Siyasət
643
Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında Rusiya ilə bağlı maraqlı fikirlər söyləyib. Əvvəlcə, deyib ki, Rusiyadan Su-30 qırıcı təyyarələrini alıblar. Ancaq raket almağa vaxtları çatmayıb, savaş başlayıb. Ardınca isə Moskvanın, həqiqətən, Ermənistanın strateji müttəfiqi olduğunu və müharibə zamanı oradan kifayət qədər hərbi dəstək aldıqlarını vurğulayıb. Sonra da əlavə edib: “Amma unutmamalıyıq ki, Rusiya Azərbaycanın da düşməni deyil”. Sözügedən ziddiyətli bəyanatlar Paşinyanın hələ “sakitləşmədiyini” göstərir. O, yenə də reallıqları qəbul etmir və yalnız özünün inandığı ssenari ilə “diplomatik həmlələr” edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş nazirin niyyətini “Sherg.az”a izah etdi:
“Nikol Paşinyan bu iki cümləsi ilə xalqına Rusiyanın Ermənistana dəstək verdiyini çatdırmaq istəyib. Lakin ölkəsini bütün təhlükələrdən də sığortalamayıb. Məsələn, təyyarələrlə bağlı sitat buna sübutdur. Bildiyiniz kimi, raketlərsiz bahalı qırıcı təyyarələr konserv bankasından başqa işə yaramır. Əslində Paşinyan dolayısıyla cəmiyyətinə onu da demək istəyir ki, Rusiya Ermənistana vassalı kimi baxır. Əks halda Azərbaycanla müharibədə havaya qalxa bilmələrindən ötrü təyyarələrin raketlərini də verərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual