Paşinyanı çox pis aqibət gözləyir
Turan
10:01 03.09.2019
Siyasət
881
Azərbaycanlı ekspert Metyu Brayzanın açıqlamasını dəstəkləyir
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib. Brayza bildirib ki, Ermənistanda Paşinyana qarşı olan siyasi qüvvələr çox güclüdür: “Baş nazir çox çətin siyasi vəziyyətə düşüb. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır”.
Göründüyü kimi Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllinə zidd açıqlamalar verməsi dünya ictimaiyyəti tərəfindən də sərt qarşılanmaqdadır. Həmsədr ölkənin sabiq rəsmisinin mövqeyi də göstərir ki, Paşinyan və onun siyasi komandasının davranışları indiyə qədər onları himayə edənləri də usandırıb.
Brayzanın bəyanatı ilə bağlı “Şərq”ə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev eks səfirin Nikol Paşinyanla bağlı səsləndirdiyi fikirlərin tamamilə doğru olduğunu deyib. Onun sözlərinə görə, inqilabdan sonra həm Qərbin, həm də erməni xalqının Paşinyana ümidi çox böyük idi:
“Paşinyanın uğursuz və naşı siyasəti ona bel bağlayanların ümidlərini puç etdi. Erməni baş nazir artıq hamını məyus edib. Brayzanın dedikləri tam həqiqətdir. Əgər Paşinyan uğursuzluğuna son vermək istəyirsə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirməlidir. Bunun üçün isə ilk növbədə indiki ritorikasını dəyişməlidir. Əks halda indiki şəraitdə davam edən danışıqların heç bir əhəmiyyəti yoxdur. Paşinyan öz ritorikasını dəyişməzsə, Azərbaycan tərəfinin hərbi gücdən istifadə etməkdən başqa çarəsi qalmayacaq. Mövcud vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün yeganə variant hərbi gücdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat